Allahşükür Paşazadə jurnalistləri təbrik etdi

Allahşükür Paşazadə jurnalistləri təbrik etdi
Bütün Xəbərlər
02:04 22.07.2012
1244
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü ilə bağlı təbrik edib.Mətbuat Şurasından verilən məlumata görə, Şeyx bu məqsədlə Mətbuat Şurasına təbrik məktubu unvanlayıb. Məktubda bildirilib ki, böyük inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı görkəmli şəxsiyyətlərin, vətənpərvər ruhlu maarifpərvər qələm əhlinin böyük xidmətləri sayəsində bu gün öz layiqli yerini ala bilib: “Müstəqil dövlətimizin ümdə maraq və mənafelərinin ardıcıl müdafiəçisi olan Azərbaycan milli mətbuatının uğurları fəxarət doğurur».
OXŞAR XƏBƏRLƏR