Almaniya hərəkətə keçdi: Bu stansiyalar yenidən işə salınacaq

Almaniya hərəkətə keçdi: Bu stansiyalar yenidən işə salınacaq
DÜNYA
04:43 15.11.2026
86
Almaniyada kömür elektrik stansiyaları yenidən fəaliyyətə başlaya bilər.

Ölkənin İqtisadiyyat Nazirliyi qarşıdan gələn qış mövsümündə təbii qaza qənaət etmək məqsədilə ehtiyat kömür elektrik stansiyalarının yenidən fəaliyyətə başlamasını nəzərdə tutan qanun layihəsi üzərində işləyir.

Bu addım qaz anbarlarında ehtiyatların aşağı səviyyədə olması və yanacaq çatışmazlığı riskinin artması fonunda gündəmə gəlib.

Bildirilib ki, əlavə elektrik enerjisi istehsalı güclərindən ən geci 2028-ci ilin mart ayının sonunadək istifadə edilməsi planlaşdırılır.
 
///axar.az
OXŞAR XƏBƏRLƏR