"Almaniya hökumətinin rolunu biz yüksək qiymətləndiririk"

"Almaniya hökumətinin rolunu biz yüksək qiymətləndiririk"
SİYASƏT
10:44 23.07.2026
648
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri ölkəmizin Avropa istiqamətində həyata keçirdiyi çoxşaxəli xarici siyasətin növbəti mühüm uğuru kimi qiymətləndirilə bilər.

Səfər çərçivəsində keçirilən mətbuat konfransında dövlət başçısı Azərbaycanın Ermənistanla sülh prosesində tutduğu mövqeyə, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə, eləcə də regionda dayanıqlı sülhün təmin olunması istiqamətində atılan addımlara diqqət çəkib.

Prezident İlham Əliyev Almaniya hökumətinin Ermənistanla sülh məsələsindəki rolunu yüksək qiymətləndirərək bildirib:

"Torpaqları uzun illər işğal altında olan Azərbaycan işğala öz gücü ilə son qoydu, ərazi bütövlüyünü bərpa etdi, suverenliyini bərpa etdi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü icra etdi, Ermənistana sülh təklif etdi və müsbət cavab aldı. Ona görə yenə də deyirəm, Almaniya hökumətinin də bu sahədə rolunu biz yüksək qiymətləndiririk”.

Dövlət başçısının bu fikirləri Azərbaycanın sülh prosesində nümayiş etdirdiyi prinsipial mövqeyi bir daha ortaya qoyur. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda sülh və sabitliyin təmin olunması üçün təşəbbüslərlə çıxış edib.

Almaniyanın sülh danışıqları prosesində, o cümlədən xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlərdə iştirakı bu baxımdan mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Almaniya ilə münasibətlərə verdiyi yüksək qiymət həm ikitərəfli əlaqələrin, həm də Avropa ilə əməkdaşlığın inkişafında qarşılıqlı etimadın mövcudluğunu göstərir.

Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı münasibətlərinə də toxunaraq, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərlərinin böyük siyasi əhəmiyyət daşıdığını vurğulayıb.

Bu səfərlər Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm siyasi mesajdır. Almaniyanın Avropa İttifaqına üzv ölkələr arasında lider mövqeyə malik olması isə onun gələcək əməkdaşlıq prosesində rolunu daha da artırır.

Azərbaycanın xarici siyasətində Avropa istiqaməti mühüm yer tutur. Ölkəmiz həm regional təhlükəsizliyin təmin olunmasında, həm enerji və nəqliyyat layihələrində, həm də siyasi və iqtisadi əməkdaşlıqda etibarlı tərəfdaş kimi çıxış edir.

Bu baxımdan Prezident İlham Əliyevin Almaniyaya səfəri yalnız ikitərəfli münasibətlər baxımından deyil, Azərbaycanın Avropa ilə əlaqələrinin gələcək inkişafı və regionda sülh gündəliyinin təşviqi baxımından da mühüm əhəmiyyət daşıyır.
 
Müəllif: Aidə Məmmədli
Göygöl rayonu üzrə Təhsil sektorunun məsləhətçisi

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı