Almaniyada koronavirusa yoluxanların sayı 150 min nəfəri keçib.
Bu barədə Robert Kox İnstitutunun məlumatında bildirilir.
Xəbərə görə, koronavirusdan daha 227 nəfər ölüb. Bununla da virusdan ölənlərin sayı 5 321 nəfərə çatıb.
Almaniyada yoluxma hadisələrinin sayı 2 337 nəfər artaraq 150 383-ə çatıb. Koronavirusdan sağalanların sayı isə 106,8 min nəfərdir.
///APA