AMİP YAP-ın təklifini dəstəklədi

AMİP YAP-ın təklifini dəstəklədi
Bütün Xəbərlər
11:19 07.02.2011
1926

Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat və təbliğat katibi Əli Oruclu deyib ki, hazırkı situasiyada ölkədə çoxlu sayda partiyaların olması normal hal deyil: “Azərbaycan kimi kiçik bir ölkədə həddən artıq siyasi partiya mövcuddur. Onların bir çoxunun adı olsa da, fəaliyyəti yoxdur. Hətta o partiyaların sədrlərinin belə olub-olmadığı bilinmir.

Həmin partiyaların ölkədə cərəyan edən siyasi proseslərə də təsir imkanı yoxdur. Ona görə də hesab edirəm ki, siyasi palitranı yenidən saf-çürük etmək üçün siyasi partiyaların təkrar dövlət qeydiyyatına alınmasına ehtiyac duyulur”.

OXŞAR XƏBƏRLƏR