'Amaci' yoxsa 'SİA' - KÖŞƏ

KÖŞƏ
10:59 05.05.2012
3022
Yadınızdadırsa, bir müddət öncə Azərbaycan telekanallarında əcnəbi serialların yayımının Milli Televiziya və Radio Şurası tərəfindən dayandırılacağı xəbəri yayıldı. Və az keçməmiş bu qadağaya konkret tarix etiketi də yapışdırıldı və artıq bir neçə gündür ki, teleməkandan xarici serialların yayımı qismən dayandırılıb. Nə üçün qismən, bunu yazının sonunda anlayacaqsız. Hətta qardaş ölkə dediyimiz Türkiyə mətbuatında da bu xəbəri “Bu ölkədə türk seriallarına qadağa qoyuldu” başlığı ilə verdilər. Bu qadağanın Azərbaycan mədəniyyətinə müsbətmi, mənfimi təsir edəcəyi məsələsi sual altındadır. Məsələn, xeyri o ola bilər ki, Azərbaycan ailələrində ata-qız münasibəti, ata-oğul, ər-arvad münasibəti Braziliya seriallarındakından təqlid olunmayacaq. Ailəyə xəyanət “atəşli sevgi” kimi təqdim olunmayacaq və s. Amma bunun mənfi təsirləri də var və bu, mütləqdir. Məsələn, elə “Space”də bir il öncə yayımlanan “Həzrəti Yusif (ə)” serialı ölkə insanına necə təsir etdi? Bu barədə nə yazsam, yenə də yetərsiz olacaq. Bir sözlə bu serial maqnit kimi insanları özünə cəlb etdi və sanki xalqın milli-mənəvi, əxlaqi durumunda bir “refresh”getdi. Buna görə də Azərbaycan seyrçisi bu tip seriallardan da məhrum oldu. Ona görə də əgər bu addım xalqımıza xidmət kimi reallaşdırılıbsa, bunun daha ağıllı konsepsiyasını fikirləşmək olardı. Keçək bu qadağa üzərində yaranan polemikalara. Sən demə, bu qadağa məsələsi əməlli-başlı bir müzakirə mövzusu imiş. Belə ki, artıq serialların üzərində yaranmış polemikalara həsr edilən verilişlər də ortaya çıxıb. Yəqin anladınız söhbət nədən gedir. Əgər xəbəriniz yoxdursa, qoy mən deyim. Söhbət ölkə gündəmini az qala zəbt edən, sosial şəbəkələrin bir nömrəli mövzusu olan “Amaci” serialının yayımının dayandırılmasından gedir. Hətta iş o yerə çatıb ki, Vaqif Mustafayevin rəhbəri olduğu “Space” kanalı öz seyrçi kütləsinin itirməmək üçün kreativ və unikal bir addıma əl atıb. Telekanalın efirində serialın yayımlandığı vaxtda “Kim haqlıdır” adlı veriliş-məhkəmə işinə başlayıb. Bu verilişdə tərəflər iki qrupa bölünüb. Birinci qrup Amaci tərəfdarları, ikinci qrup Sia tərəfdarlarıdır. Maraqlı olan məsələ budur ki, veriliş-məhkəmədə tərəflərin fakt kimi istifadə etdiyi nəsnə - serialdan yayımlanan fraqmentlərdir. Dolayısı ilə “Space” sanki müzakirə predmeti imiş kimi, məhkəmə materialı kimi bu serialdan fraqmentlər verir. Bu isə köhnə Azərbaycan seyrçisinə yad olmayan bir durumdur. Böyüklərimizin dediyinə görə, oxşar durum Sovet dönəmində də Azərbaycanda yaşanırdı. Belə ki, Sovet ideolojisi tələb edir ki, xarici filmlərə senzura qoyulsun. Bunun da müxtəlif səbəbləri var idi ki, onların da başında Sovet camiəsinə Qərb və Amerika tərəfindən təsirin qarşısını almaq dururdu. Bunun nəticəsi idi ki, xarici filmlərlə tanışlıq üçün kinoşünas Ayaz Salayev və xalq artistimiz Həmidə Ömərovanın aparıcılığında hər kəsə tanış olan “Retro” kinozalı efirə gedirdi. Sovet xarici kinolara qadağa qoymasına baxmayaraq, bu kinozal sayəsində insanlar xarici kinolara guya fraqment-fraqment baxırdı. Əslində isə bu, dolayısı ilə kinonu özünə baxmaq idi. Yəni qadağalar insanları yollar axtarmağa vadar edirdi. Eyni məsələ ədəbiyyat sahəsində də keçərli idi. Dissident ədəbiyyatı da məhz belə dönəmlərin məhsuludur. Kim bilir bu senzuralar olmasa idi, nə dissident Soljenitsin olacaqdı, nə də “İvan Denisoviçin bir günü” romanı. Əksər vaxt tarixdə belə olub ki, insanlar qadağalar müqabilində yaxşı və ya pis nəsə etdikdə tarixdə qalmışlar. Məsələn, Azərbaycanda senzuralar içində bir həyat yaşayan, sürgün edilən Cavid Əfəndi ilə, az qala yağ-bal içində bəslənən Səməd Vurğunu heç kim bir sıraya qoymaz.Qayıdaq “Amaci” serialına. Əvvəlcə onu qeyd etməliyəm ki, mən bu seriala baxmadığıma görə burada Amacininmi, yoxsa Sianınmı haqlı olduğunu deyə bilmərəm. Eyni zamanda burada telekanalların MTRŞ-in bu qadağasından sonra reklam bazarlarının aşağı düşməsindən, bunun kimə ziyan gətirəcəyindən yazmaq fikrim də yoxdur. Sadəcə, “Space” tülkanalının prezidenti Vaqif Mustafayevin bu senzura qarşısında belə kreativlik göstərməsi mənə ləzzət etdi. Ona görə də yazının adını da “Retro gediş” qoydum. Amma nə yazıq ki, bu kreativlik yalnız MTRŞ müqabilində sərgilənən bir cəsarətdir. İstedadlı kinorejissor Vaqif Mustafayevin yaradıcılığı ilə tanış olanlar bilirlər ki, müəyyən müddətdən sonra daha yüksək çinlilər qarşısında bu kreativlik başqa xüsusiyyətlərlə əvəzləndi. Onun yaradıcılığının son hissəsi Səməd Vurğunun “Komsomol” poemasının ruhuna daha çox yaxındır. Və beləliklə Vaqif bəy kino aləminin dissidenti ola bilmədi.Proloq əvəziHəmişə dost-tanışdan eşidirəm, sosial şəbəkələrdən şahidi oluram ki, bəs “Space” fərsiz kanaldır. Kimisi artıq turşumuş və vaxtı çoxdan keçmiş “Bu şəhərdə”ni hər gün verməklə insanların gözlərini mazol etməkdən yazır. Kimsə bu kanalın mövzu tapa bilmədiyini bildirir. Amma məncə, bu hal təkcə “Space” ilə bağlı deyil. Ümumiyyətlə Azərbaycan teleməkanı bu gündədir. Amansız senzuralar nəticəsində seyrçilər siyasi polemikaların, debatların, ölkə üçün sosial problemlərin (ona görə ölkə üçün yazmışam ki, telekanallarda əksər vaxt elə mövzular müzakirə olunur ki, ancaq Afrikanın hansısa cəngəlliklərində yaşayan Kottenqot qəbiləsi üçün aktual ola bilər) müzakirəsi və s. məhrum olublar. Bu boşluğu doldurmaq üçün də televiziya rəhbərləri özlərini serial, tok-şou, plagiat verilişlər bazarına vurur. Amma haqqına yazmaq lazımdır ki, zaman-zaman dostlarımın fərsizlikdə günahlandırdığı “Space” kanalının uğurlu proyektləri də olub. Məsələn, yuxarıda da qeyd etdiyim kimi, keçən il yayımlanan “Həzrəti Yusif (ə)” serialı “Space”in uğurlu layihəsi idi.Azər NƏSİROV
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
18:10 18.10.2026
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
İstanbulda seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
18:06 18.10.2026
İstanbulda seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
18:00 18.10.2026
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
17:57 18.10.2026
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Fransadakı iğtişaşların vurduğu ziyanın məbləği - Açıqlandı
17:48 18.10.2026
Fransadakı iğtişaşların vurduğu ziyanın məbləği - Açıqlandı
Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə etdi
17:46 18.10.2026
Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə etdi
Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
17:36 18.10.2026
Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
17:24 18.10.2026
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Makronun istefası tələb olundu
17:13 18.10.2026
Makronun istefası tələb olundu
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:54 18.10.2026
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi