Amerika-Yəhudi humanitar təşkilatının icraçı direktoru Samet Yaakov Azərbaycan xalqına müraciət etdi - VİDEO

Amerika-Yəhudi humanitar təşkilatının icraçı direktoru Samet Yaakov Azərbaycan xalqına müraciət etdi - VİDEO
SİYASƏT
15:28 25.07.2020
1605

"Vaad L'hatzolas Nidchei Yisroel” Amerika-Yəhudi humanitar təşkilatının icraçı direktoru Samet Yaakov Azərbaycan xalqına müraciət edib.

Müraciətdə deyilir:

"Salam!

Bu müraciətim Azərbaycan hökumətinə və Azərbaycan xalqınadır.

ABŞ-da yaşayan bir yəhudi kimi və ABŞ-da bir təşkilat idarə edən şəxs olaraq, Azərbaycandakı bir sıra təşkilatlara kömək edirik.

Mən Azərbaycanı çox yaxşı tanıyıram, bu ölkə barədə çox araşdırma aparmışam, dəfələrlə ziyarət etmişəm.

Əvvəla, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi fəaliyyətləri, müharibəni, hücumları və bütün dünyada, o cümlədən, Belçikada, Los-Ancelesdə müşahidə etdiyimiz hadisələri pisləmək istəyirəm.

Biz onların tamamilə qəbuledilməz olan bütün hərəkətlərini qəti şəkildə qınayırıq.

Biz, yəhudi xalqı olaraq təqib olunmağın nə demək olduğunu çox yaxşı bilirik.

Biz bu yolda sizi dəstəkləyirik, sizin tərəfinizdəyik və sizi cəsarətli və güclü olmağa çağırırıq.

Azərbaycan güclü ölkə kimi yəhudilərin yaşadığı İsrail dövləti ilə sıx əlaqələrə malikdir. Bu yaxın münasibətlərin Birləşmiş Ştatlarda da olması da çox mühümdür. Yaxşı yadımdadır, sizin ölkənizin müstəqillik günündə Azərbaycana səfər etmişdim. Müxtəlif ölkələrdən olan çoxlu sayda diplomatlar da orada idi. İnsanlar mütləq mənim dəfələrlə olduğum bu möhtəşəm ölkəyə səfər etməlidirlər.

Orada mən möhtəşəm "Four Seasons” hotelinin gözəl nömrələrində qalırdım. Lakin məni ən çox heyrətləndirən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək imtiyazına layiq görməklə məni şərəfləndirən möhtəşəm Azərbaycan xalqı oldu.

Prezident İlham Əliyev inanılmaz dərəcədə qayğıkeş, mehriban, parlaq bir insandır. O, ölkəni məharətlə idarə edir, dövlətin inkişafı üçün əlindən gələni əsirgəmir.

Əvvəl də qeyd etdiyim kimi, Amerika-İsrail təşkilatı Azərbaycanda yəhudilərə qarşı mükəmməl münasibətin olduğuna dəfələrlə şahidlik edib.

Azərbaycanlılar yəhudilərin müsəlman bir ölkədə özlərini rahat hiss etmələri üçün bütün səylərini əsirgəmədən kömək etməyə hazırdırlar. Bu tək sözdə yox, əməldə də belədir. Bu, həqiqətən, inanılmazdır və biz bunu çox yüksək qiymətləndiririk.

Mən dünyadakı ermənilərin Azərbaycana qarşı bütün hərəkətlərini qınayan, Azərbaycana və xalqına dəstək verən bir çox ABŞ şirkətini tanıyıram.

Əlbəttə ki, Azərbaycan xalqına əzmini qorumaq, gözəl və güclü ölkənizin çiçəklənməsi üçün çalışmağa davam etmək çağırışı ilə müraciət etmək istərdik. Allahın köməyi ilə yolunuza davam edin. Mən Allaha dua edirəm ki, hər bir azərbaycanlını, hər bir yəhudini və dünyadakı bütün insanları qorusun.  Sadəcə, sülhsevər olun, yaxşılıq edin və dünyaya sülh gətirin”.


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Makron Fransa Hərbi Dəniz Qüvvələrinin Reunion sahillərində tankeri saxladığını açıqladı
01:16 13.10.2026
Makron Fransa Hərbi Dəniz Qüvvələrinin Reunion sahillərində tankeri saxladığını açıqladı
Niyə bəzi insanlar daha tez qocalır?
01:03 13.10.2026
Niyə bəzi insanlar daha tez qocalır?
ABŞ rəsmisi: Trampın Ukrayna böhranını həll etmək cəhdlərinə müdaxilə edilməməlidir
00:50 13.10.2026
ABŞ rəsmisi: Trampın Ukrayna böhranını həll etmək cəhdlərinə müdaxilə edilməməlidir
Zelenski Trampın həmin açıqlamasına cavab verdi
00:40 13.10.2026
Zelenski Trampın həmin açıqlamasına cavab verdi
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
00:32 13.10.2026
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
Sabiq kansler prezident oldu
00:24 13.10.2026
Sabiq kansler prezident oldu
Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
00:16 13.10.2026
Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
“Real Madrid”in ulduzu bu komandaya gedir
00:09 13.10.2026
“Real Madrid”in ulduzu bu komandaya gedir
Bakıda ət niyə baha satılır? - VİDEO
00:03 13.10.2026
Bakıda ət niyə baha satılır? - VİDEO
Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
23:56 12.10.2026
Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
23:52 12.10.2026
Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
23:41 12.10.2026
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
23:36 12.10.2026
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
23:29 12.10.2026
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
23:25 12.10.2026
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
Paytaxtın bu ərazilərində işıq olmayacaq
23:16 12.10.2026
Paytaxtın bu ərazilərində işıq olmayacaq