Amerikadan Prezidentə ANS-lə bağlı müraciət

Amerikadan Prezidentə ANS-lə bağlı müraciət
MEDİA
17:00 15.08.2016
2225
ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondunun təsisçisi, Ohayo ştatının Deyton şəhər Təhsil Şurasına üzvü, Amerika Birləşmiş Ştatlarında konqresmenlərlə sıx əlaqəsi olan birbaşa cıxışı olan nüfuzlu azərbaycanlı Adil Baguirov və tanınmış amerikalı ziyalılar Ph.D. Bedir Memmedli, CPA Ali Novin Umit Bob Guneyi, M.D. Tarlan Ahmadov Prezident İlham Əliyevə müraciət ediblər. Müraciətdə deyilir:”Azərbaycan Respublikası Prezidenti,
Zati-aliləri,cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident!
Bu il 25 yaşını qeyd edən Azərbaycanın ilk müstəqil televiziyasi ANS çətin günlərini yaşayır. Artıq bir aya yaxındi ki, kanal efirsiz qalib. Biz də ölkəmiz və dünya barədə operativ xəbərsiz! ANS televiziyası 25 illik tarixi ərzində Cənubi Qafqazdan dünyanın bütün nöqtələrinə, o cümlədən Amerika Birləşmiş Ştatlarına da boylanıb, peşəkar jurnalistika meyarlarına uyğun olaraq öz pəncərəsindən həm Azərbaycan həqiqətlərini ABŞ-a ötürüb, həm də burada yaşayan çoxsaylı azərbaycanlıların fəaliyyətinə daim dəstək olub. Amerika Birləşmiış Ştatları Prezidenti Obama, vitse prezident Co Bayden ANS-in mikrofonuna, eyni zamanda Azərbaycan adına, Azərbaycan nüfuzuna görə danışıb.
Hətta aprel döyüşlərində ANS-in Vaşinqtondakı fəaliyyəti nəticəsində dünyanın nüfuzlu kanalları informasiya müharibəsində Azərbaycanı dəstəklədilər.
Diaspora üzvləri kimi tam səmimiyyət və əminliklə deyə bilərik ki, ANS-in peşəkarlıgı nəticəsində bizim fəaliyyətimiz layiqincə işıqlandırılır.
Vaşinqtondakı Azərbaycan adına edilən dəstək aksiyalarında ANS həmdə bir fəal kimi yanımızda olub.
Dünya Azərbaycanlılarının qurultayı ərəfəsində ANS diasporaların fəaliyyəti ilə bağlı silsilə verilişlər verdi. Bu verilişlər erməni diasporası ilə apardığımız mübarizəni dəqiq əhatə etdi. Bu verilişlər tək ABŞ-da deyil, dünyanın bütün ölkələrində fəaliyyət göstərən icmalarımızın işini nümayiş etdirirdi. Biz, Azərbaycanda baş verən ictimai-siyasi proseslərə biganə deyilik və bu yöndə informasiyaya olan tələbatımızı da ANS-in operativ və keyfiyyətli xəbərçilik missiyası vasitəsilə alırıq. Bu, artıq Amerikada yaşayan azərbaycanlıların ənənəsinə çevrilib.
Hər kəsə bəllidir ki, Amerikada erməni lobbisinin fəaliyyəti çox güclüdür, onlar öz məqsədlərini həyata keçirmək naminə bütün imkanlarını işə salırlar ki, burada da əsas xətt informasiya, təbliğat müharibəsinin üzərinə düşür. Bu gün informasiya müharibəsində erməni lobbisi özünü bir qədər qalib kimi göstərməyə çalışır. Biz bunu müşahidə edirik, ANS-in bağlanmasını ermənilər şadyanalıqla qeyd edir və bu sevinclərini gizlətmirlər. İllərboyu bizim bu müharibədəki silahımız ANS-çilər və Milli Qəhrəman Çingiz Mustafayevin lentə aldığı kadrlar olub. Bəlkə də bu kadrlar, videosüjetlər olmasaydı, biz bu müharibəni uduzardıq.
Möhtərəm cənab Prezident!
Sizin müstəqil mediaya, o cümlədən ANS televiziyası və radiosuna göstərdiyiniz diqqət və qayğı həmişə göz qabağında olub. Inanırıq ki, nüfuzunuzdan istifadə edərək, Qafqazın ilk müstəqil televiziyası və radiosu olan ANS-in qapanmasının qarşısını alacaqsınız. Bu gün təəssüf ki, həm ANS televiziyası, həm də Çingizin adını daşıyan ANS radiosu öz ləyaqətli missiyasını yerinə yetirməkdən məhrumdur. Biz bunun müvəqqəti olduğuna inanmaq istəyirik”.
OXŞAR XƏBƏRLƏR