“Amerikalı müğənni ilə konsert verən mənəm, Fərid Məmmədov deyil” - Müğənni üsyan etdi

MAQAZİN
14:02 21.12.2019
38246
Bu gün Azərbaycan mətbuatında ABŞ-da kuryer kimi çalışdığı deyilən azərbaycanlı müğənni Fərid Məmmədovun Türkiyədə amerikalı müğənni Della Miles ilə konsert verməsi haqda xəbər yayımlanıb. Ancaq həmin konsertdə olan şəxs Fərid Məmmədov deyil, müğənni Fərid Mərddir. 

Fərid Mərd bu və digər məsələlərlə bağlı AZXEBER.COM-a müsahibə verib. 
 
- Fərid bəy, ilk olaraq özünüz haqda məlumat verərdiz...

- Əvvəla sizə təşəkkür edirəm. Mən Fərid Mərd 6 ildir ki, Türkiyədə yaşayıram, ondan öncə Azərbaycanda fəaliyyət göstərdim lakin çox da uğurlu olmadı çünki Azərbaycanda tamamilə fərqli tərzlər dinlənilirdi, mən isə daha çox dünya musiqisini izləmişəm. Dünyada nə dəbdədirsə, onu Azərbaycan musiqisiylə birləşdirməyə çalışmışam, plaqiat işlər musiqimizə edilən xəyanətdir.
Bundan əlavə 2013-də, 'Gənclik Marşı' adlı mahnım AzTv-də yayımlandı, o mahnının sözləri, gənclərdə vətənpərvərlik oyandırmaq üçün yazılmışdı və çox uğurlu alındı, lakin ona da biganə yanaşıldı. Mən də Türkiyəyə köçmək haqda qərar verdim.

Təhsilimə gəlincə 5 fortepiano məktəbi, Tofiq İsmayılov və Bülbüldə Vokal təhsili almışam. Azərbaycan Dövlət İqtisad universitetini bitirişəm daha sonra Bakı Musiqi akademiyasına daxil olmuşam.

Media və TV-lər heç vaxt etdiyim işləri işıqlandırmadı, hətta çox məşhur bir azərbaycanlı müğənni yeni bir mahnımın eynisini təqdim etdi, tamamilə mənim mahnıma oxşayırdı, ancaq ordada dediklərimi ört bas etdilər. Mənə yad münasibət oldu.

- Dediniz ki, Türkiyədə yaşayırsız. Bu günə qədər hansı işləri görmüsüz? Hansı konsertləri həyata keçirmisiz?

- Türkiyəyə bu ölkənin ən önəmli Orkestrası olan "Enbe"nin solisti olaraq dəvət edildim. Enbe ilə bərabər 500 konsert vermişik Harbiye, Kreml Sarayı, Antik tiyatrolar, PSM, Bostancı kültür merkezi ve bir çox Yerlərdə konsertlərimiz olub.

Ajda Pekkan, Ferhat Göçer, Mustafa Ceceli, Nukhet Duru, Reyhan Karaca, Burcu Güneş, Ziynet Sali kimi isimlərlə səhnə almışam.

Hətta Kubat İlə TRT-də "Sarı gəlin”i duet oxuduq. Mən mahnını öz dilimizdə səsləndirdim, hətta Türkçə istədilər mən yenə inadla Azerbaycan dilində səsləndirdim.

Ayşegül Aldinç, Model Grupu, Simge Sağın, Tuğba Yurt, Derya Uluğla eyni səhnəni paylaşmışam.
 
Bundan başqa İskender Paydaşla səhnə almışam bu yay, bilirsiz bu isimlərin qapısında yatanlar var, Aralarında yerli müğənnilərimiz də çoxdur. (gülür)

- Bu gün mətbuatda yazılıb ki, "Eurovision”un ikincisi Fərid Məmmədov amerikalı müğənni ilə konsert verib. Əslində isə konserti verən sizsiz. Bu haqda danışardız...

- Səhəri çox böyük məyusluqla açdım. Bizim mətbuat niyə belə edir axı? Bu qədər iş görürəm, yazmırlar. Hətta uğurum başqasının adına yazılır. Mən axı bundan sonra necə həvəslə çalışa bilərm? Nə etməliyəm? Mütləq bayağı mahnılar mı səsləndirməliyəm? Bu ögey yanaşmaya layiq deyiləm. O konsertdə mən oxumuşam, ancaq başqa adamın adını yazıblar.
 
Dünən Della Miles ilə konsert verdik. Konsert çox uğurlu keçdi. Bir çox xarici mətbuata Azərbayccan haqqında məlumat verdim. Xalq Mahnılarımızı  səsləndirdim. Ancaq saytları açıram ki, bunu başqasını etdiyini yazıblar.
 
- Söhbət "Eurovision”dan düşmüşkən. Azərbaycanı bu yarışmada təmsil etmək istərdiz?

- Azərbaycanı təmsil etnək üçün 2009-da seçim turlarına qatıldım. O zamanlar böyük həvəsim var idi. Ancaq ordan da soyutdular, sağolsunlar. (Gülür) İndiyə qədər heç bir təklif almamışam. Ancaq uyğun görsələr, niyə də yox. Mən Azərbaycanımızı çox sevirəm. Hətta indi belə adını deyərkən çox duyğulanıram. Vətənim üçün nə lazımsa edirəm, bundan sonra da edəcəm.
 
- Son olaraq nə demək istərdiz?

- Onu da qeyd edim ki, " Error" adlı mahnim 1 milyondan çox izlənib. Türkiyədə ən çox endirilən 2-ci mahnı idi, ilk yerdə Gülşen gəlirdi. Mahnımda "Bayatı Şiraz” muğamı da səslənirdi. Məqsədim o idi ki, hər kəs milli musiqimizi dinləsin. Son olaraq isə azxeber.com saytına çox təşəkkür edirəm, sağ olun ki, məsələlərə aydınlıq gətirdiz.

 



 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb