Amerikalı professor BDU müəllimlərinə və tələbələrinə dərs keçdi

GƏNCLİK
23:05 02.11.2011
1700

Bu gün Amerika Birləşmiş Ştatlarının Prinston Universitetinin professoru Maykl Reynolds Bakı Dövlət Universitetinin tarix fakültəsində müəllimlər üçün “ABŞ universitetlərində tarix fənni necə tədris olunur”, tələbələr üçün isə “Azərbaycan Xalq Cümhuriyyəti” mövzularında mühazirə oxuyub.

Tədqiqat sahəsi “Asiyada beynəlxalq və regional əlaqələr olan” professor, orta Şərqə şimaldan, Rusiyadan gəldiyini və Moskvada ali təhsil alarkən Qafqazdan – Dağıstan, Çeçenistan, Osetiya və Azərbaycandan bir çox insanlarla dostlaşdığını deyib. Professorun sözlərindən o da məlum olub ki, o, ABŞ-ın Prinston universitetində aspirantura təhsilində oxuyarkən diqqətini daha çox Osmanlı və Rusiya imperiyalarının son dövrlərini araşdırmağa yönəldib.

ABŞ-da tarix fənninin necə tədris olunduğundan danışan tarixçi, bildirib ki, orada müəllimlər tələbələrə tarixi öyrətməklə yanaşı, tələbələrdə tənqidi düşünmə qabiliyyətini də inkişaf etdirirlər. Müəllim və tələbələrin maraqla dinlədikləri mühazirə, tarixçiyə çoxsaylı suallarla davam etdirilib. 

OXŞAR XƏBƏRLƏR