Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
SOSİAL
15:23 10.10.2026
157
"Yenidən qurulan Şuşa çox gözəldir”.

Bunu ABŞ-dan olan səyyah Forest Kaveni Qarabağa səfəri çərçivəsində bildirib.
 

O qeyd edib ki, bu, onun Azərbaycana və Qarabağa ilk səfəridir. Səyyah Laçın və Şuşanın gözəlliyini, Zəngilanda aparılan bərpa işlərini xüsusi vurğulayıb.


O, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması istiqamətində görülən işləri də təqdirəlayiq hesab edib.

Səyyah Zəngilanda əsas küçə boyunca yerləşən çoxmərtəbəli yaşayış binalarını heyrətamiz adlandırıb və bərpa işlərinin yüksək səviyyədə aparıldığını qeyd edib.
OXŞAR XƏBƏRLƏR