Ana altı aylıq qızını neçəyə satmaq istədi?

Ana altı aylıq qızını neçəyə satmaq istədi?
Bütün Xəbərlər
11:11 11.02.2011
1788

Rusiyanın hüquq-mühafizə orqanları 6 aylıq qızını satmaq istəyən ananı həbs ediblər. 34 yaşlı Kristina Sapina ödənişin ilk payını alarkən tutulub.

Milisdən verilən məlumata görə, qadın qızını məşuqunun rəisinə satmaq fikrinə düşüb. O, həmin kişi ilə danışanda rəisin arvadının ana ola bilməyəcəyini eşidib. Tamahı güc gələn Sapina da qızı üçün 100 min rubl (təxminən 3 min dollar) istəyib.

Sapinanın belə təklifindən sonra rəisin arvadı milisə üz tutub. Hüquq-mühafizə orqanlarının əməkdaşları da operativ-əməliyyat tədbirləri keçiriblər. Sapina 2 qızıl üzük və 1000 dolları ilkin ödəniş qismində götrməyə razılıq verib.

Başabəla ananı 3 ildən 10 ilədək həbs gözləyir.
Altıaylıq qızla bahəm, Sapinanın daha iki övladı var. Qadın həmin uşaqlardan hələ doğum evində olarkən imtina edib. //milli.az

 

OXŞAR XƏBƏRLƏR