"Anar Məmmədxanova "Şuşa"nın adını dəyiş desəydilər..." - Tahir İmanov "KVN" rəzilliyindən DANIŞDI

SOSİAL
12:47 23.01.2022
10778

"O komandanı ora göndərəndə məndən, Bəhram Bağırzadədən, Cabirdən kimsə nəsə soruşmuşdu?"

Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov bildirib. 

O, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən "Şuşa” komandasının ermənilərin təkidi ilə adını "Buta” olaraq dəyişməsindən qəzəbləndiyini, onları ora göndərən dövlət qurumu açıqlama verəndən sonra geniş açıqlama verəcəyini deyib. O, bu fikirləri bildirməklə kifayətlənib: 

"O komandanı ora göndərəndə KVN-çilərdən, məndən, Bəhram Bağırzadədən, Cabirdən kimsə nəsə soruşdumu? Sualları komandanı oraya göndərən dövlət qurumuna vermək lazımdır. Mənim öz fikrim var, istəyirəm ki, bu komandanı yaradanlar, oraya göndərən açıqlama versinlər. Neçə gündür ki, camaat ayağa qalxıb. Sosial şəbəkələrdə aktivləşiblər. Bütün Azərbaycan xalqı gözləyir, mən də gözləyirəm. Üstüörtülü yox, geniş açıqlama versinlər. Desinlər görək, komanda niyə çıxışdan imtina etməyib?". 

T.İmanov daha sonra əlavə edib: "İnandırım sizi, bunu bizim "Parni İz Baku”ya desəydilər, Anar Məmmədxanov nəinki orada qapını vurub gedərdi, hələ başqa şeylər də edərdi. Ümumiyyətlə, son illər bu KVN-lər fəallaşıb. Bir komanda getdi bizi biabır etdi, bu da ikincisi oldu. Bir dəfə olsun, məşhur KVN-çilər müraciət ediblərmi, bununla bağlı bizə xəbər ediblərmi? Etməyiblər". 

Qeyd edək ki, Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən komandanın rəhbəri Müşfiq Abbasovun hərəkəti etirazlara səbəb olub.

O, ermənilərin təkidi ilə "Şuşa" komandasının adını "Buta" olaraq dəyişməsini izah etməyə çalışıb. Bu isə, ciddi etirazlara səbəb olub. 

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR