Döyülən “Çevik”in son vəziyyəti açıqlandı: Başın açıq yarası… - AÇIQLAMA

Döyülən “Çevik”in son vəziyyəti açıqlandı: Başın açıq yarası… - AÇIQLAMA
SOSİAL
12:16 03.09.2026
190
Xəbər verdiyimiz kimi, TikTok-çu "Çevik” bir neçə nəfər tərəfindən döyülüb.

Baş vermiş hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birlindən (TƏBİB) AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirib ki, Məqsəd Bağırova ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb:

"Hadisə avqustun 31-də saat 17:00 radələrində baş verib. 1995-ci il təvəllüdlü Məqsəd Bağırov Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentə göz qapağı və göz yuvası nahiyəsinin əzilmiş yarası, başın açıq yarası diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb".

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR