Elektron siqaret çəkib, canlı yayım açan şagirdlər hansı məktəbdə təhsil alır? - VİDEO

Elektron siqaret çəkib, canlı yayım açan şagirdlər hansı məktəbdə təhsil alır? - VİDEO
SOSİAL
14:46 15.09.2026
283
Xəbər verdiyimiz kimi, yeni tədris ilinin ilk günündə Azərbaycan məktəblərindən birində çəkildiyi iddia olunan görüntülər ciddi narahatlıq yaradıb. Görüntülərdə məktəbli formasında olan şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi görünür.

Videoda qız şagirdin uzun, prosedur edilmiş dırnaqları da diqqət çəkib. O, həmçinin dərs otağında sosial şəbəkədə canlı yayım açıb.

Məktəbdə şagirdlərin elektron siqaretdən istifadə etməsi və bu görüntülərin sosial şəbəkədə canlı yayımlanması narahatlıq doğurmaqla yanaşı, təhsil müəssisələrində nəzarət məsələsini də gündəmə gətirib.

Bəzi məlumatlarda görüntülərin Bakıda yerləşən 138 nömrəli məktəbdə çəkildiyi iddia olunub.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, sözügedən görüntülər 138 nömrəli məktəbdə qeydə alınmayıb.

Bu məlumatı 138 nömrəli məktəb də saytımıza təsdiqləyib.

AZXEBER.COM məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) da sorğu ünvanlayıb.

Agentlikdən AZXEBER.COM-a bildirilib ki, görüntülərin hansı məktəbdə çəkildiyi məlum deyil:

"Görüntülərin hansı məktəbdə çəkildiyi dəqiq müəyyənləşdirildikdən sonra həmin məktəbin hansı regional təhsil idarəsinin tabeliyində olduğu müəyyənləşdiriləcək və bununla bağlı ətraflı məlumat veriləcək”.

Həmin videonu təqdim edirik: 

Şahanə Ziyad

OXŞAR XƏBƏRLƏR