Anarın anım günü - FOTOLAR

MƏDƏNİYYƏT
18:32 19.07.2012
3452
Sağ olsa idi, Anar Məmmədxanov 42 yaşını qeyd edəcəkdi
Milli Məclisin sabiq deputatı... Şən və Hazırcavablar klubunun “Bakılı Oğlanlar” komandasının keçmiş kapitanı... Sağ olsaydı, iyulun 20-si həyatının 42-ci ildönümünü qeyd edəcəkdi Anar Məmmədxanov. Lakin biz artıq onu təbrik edə bilmirik, bizə ancaq bu gözəl insanı anmaq qalır.Onu ötən il aprelin 23-də öz aramızdan o dünyaya yola saldıq. Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olmuşdu. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdi. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olmuşdu.Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdi. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü idi. Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü olmuşdu.Evli idi, 3 övladı yadigar qalıb.Yoldaşları da Anarı bu gözlənilməz erkən vəfatında çox kədərlənilər:Əməkdar artist, KVN-çi Tahir İmanov:“Yeni nəslin hər bir nümayəndəsi Anar gənc ikən onun atdığı addımlara baxsa idilər, çox şeylər öyrənə bilərdilər. əsl vətənpərvər necə olmalıdır, əsl azərbaycanlı necə olmalıdır, əsl insan necə olmalıdır. Bu şeyləri onlar öyrənə bilərdilər.ən əsası biz hamımız KVN-çilərik, onun üzvləri olmuşuq və indi də varıq. O, mənim xatirəmdə məğlubedilməz kapitan kimi qalıb. O, heç vaxt uduzmayıb, əlbəttə ki, bizi uduzdurublar. Bu məşhur hadisə 1993-cü ildə baş vermişdi, kompüterlə bağlı böyük qalmaqal yaranmışdı. əslində kompüter nəticələri düzgün saymamışdı, biz qalib gəlmişdik. Lakin bütün bunlara baxmayaraq Anar mənim xatirəmdə məğlubedilməz kapitan kimi qalıb”.Xalq artisti, Bələdiyyə Teatrının rəhbəri Amaliya Pənahova:“Anar Məmmədxanov Azərbaycanı dünyaya tanıdan gənclərdən biri idi. O, çox təvazökar insan, sadiq dost idi. Onun haqqında yalnız xoş xatirələr var. Çox təəssüf edirik ki, o gözlənilmədən dünyasını dəyişdi. Anar çox gərəkli bir insan idi”.Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov:“Dünyanın gediş-gəlişini bilən, xalqını sevən, dünya miqyasına çıxarıla bilən ziyalı idi. Özü də olduqca ziyalı bir ailədə doğulub, dünyaya gəlib. Atası da, anası da böyük alimlərimizdir, mən onları yaxşı tanıyıram. Təəssüf ki, dünyasını belə tez dəyişdi. Onun gördüyü böyük işlər var, adi Şən və hazırcavablar klubunun yaradılması bizim üçün çox böyük hadisə idi. O, Azərbaycanın mədəni və ictimai həyatında xeyli istedadları ortaya çıxardı, onlara müəllimlik etdi.Millət vəkili kimi çox qabiliyyətli, enerjili, fikrini söyləyən, həm də lazımlı səviyyədə fikir söyləməyi bacaran millət vəkili idi. Insan kimi isə çox mehriban insan idi. Heç bir polemika və müzakirədən qaçmayan şəxs idi”.Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə:“Onun fəaliyyətini izləmişəm. çox istedadlı, çox gözəl insan idi. Onun ölümünə çox heyfslənirəm. Allah ona rəhmət eləsin, ailəsinə isə səbr versin”.Biz də AZXEBER.COM olaraq Anar Məmmədxanova Allahdan rəhmət, ailəsinə isə səbr diləyirik.

OXŞAR XƏBƏRLƏR