ANS-in aparıcısı efirdə göz yaşlarını saxlaya bilmədi - VİDEO
Bütün Xəbərlər
01:12 08.12.2015
12300
Bütün ölkənin diqqəti “Günəşli” neft yatağında baş vermiş dəhşətli qəza zamanı ölən, yaralanan və itkin düşən neftçilərə yönəlib. Neft yatağında itkin düşənlərin ailələrinə vida mesajları, son dəfə zəng edib dediyi sözlər hər kəsə kövrək anlar yaşadıb.İtkin düşən neftçi İman Qasımovun həyat yoldaşına yazdığı sonuncu mesajı ANS TV-nin Xəbərçi proqramının aparıcısı Nigar Mahmudovanı da kövrəldib.N.Mahmudova efirdə İ.Qasımovanın mesajını sonuna qədər oxuya bilməyib. Aparıcı sonrakı xəbərin anonsunu da səsi titrəyə-titrəyə elan edib.Həmin kadrları təqdim edirik.