ANS ‘Yeni Müsavat’a qarşı iddiası geri götürdü

ANS ‘Yeni Müsavat’a qarşı iddiası geri götürdü
Bütün Xəbərlər
13:41 17.04.2013
1148

ANS Şirkətlər Qrupu "Yeni Müsavat" qəzetinə qarşı məhkəmə iddiasını geri götürüb. 

AZXEBER.COM-un məlumatına görə, barədə məlumatı Musavat.com-a "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlu verib. Baş redaktorun sözlərinə görə, bu gün ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və şirkətin vitse-prezidenti, ANS TV-nin baş direktoru Mirşahin Ağayev ona zəng edərək bildiriblər ki, qəzetlərə qarşı son məhkəmə prosesləri nəticəsində onların bağlanma təhlükəsini nəzərə alaraq, ANS belə bir həmkar jesti edir. "Biz istəmirik ki, hansısa qəzetlər bağlansın. Bizim istəyimiz budur ki, jurnalistlər məhkəmələr vasitəsilə məsuliyyətli olmağa alışsınlar. Bizim məzkəmə müraciət etməyimizin səbəbi demokratik hüquqlarımızdan istifadə etməkdir. Amma əgər məhkəməyə verdiyimiz qəzetlərə qarşı ciddi təhlükə varsa, o bağlanmaq təhlükəsi ilə üz-üzədirsə, biz bu prosesə qoşulmayacağıq. Ona görə də iddiamızdan imtina edirik", - ANS rəhbərliyi "Yeni Müsavat"ın baş redaktoruna bildirib.

ANS-in bu addımı ilə bağlı məlumat artıq İctimai Palatanın mediaya basqılara dair iclasında səsləndib və təqdirlə qarşılanıb.

OXŞAR XƏBƏRLƏR