Ansi Aqolli: "Qarabağ" pley-offa çıxmaqla öz gücünü sübut edib"

Ansi Aqolli: "Qarabağ" pley-offa çıxmaqla öz gücünü sübut edib"
İDMAN
18:37 17.08.2022
413
"Viktoriya" yadımda çox yaxşı təşkilatlanmış komanda kimi qalıb".

Bunu açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli 2016/2017 mövsümündə Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçirdikləri oyunlar barədə danışarkən deyib.

İlk matçın Plzendə, cavab qarşılaşmasının isə Bakıda olduğunu xatırladan albaniyalı veteran müdafiəçi evdə rəqibdən xeylin üstün oynadıqlarını bildirib: "Hesabda önə keçdikdən sonra ən azı 3 real qol vəziyyətimiz var idi. Lakin son dəqiqələrdə buraxdığımız qol rəqibin mərhələ adlamasına səbəb olmuşdu. Çünki Çexiyadakı matçda hesab açılmamışdı".

Aqolli iki komanda arasında ciddi fərq olmadığını söyləyib: "Şansları bərabər görürəm. Amma nəzərə alaq ki, "Qarabağ" "Lex", "Sürix" və "Ferentsvaroş" kimi güclü rəqibləri mübarizədən kənarlaşdırıb. Hesab edirəm ki, bunlar "Viktoriya" ilə görüş öncəsi yaxşı sınaq olub. İlk qarşılaşmada iki komandanın ifasında balanslı oyun gözləyirəm. Bakıdakı matçdan sonra daha aydın təsəvvürlərimiz olacaq".

Albaniya millisinin keçmiş kapitanı bugünkü qarşılaşmada istənilən nəticənin qeydə alına biləcəyini istisna etməyib: "Çünki pley-off mərhələsidir. Hər iki komanda öz gücünü sübut edib. Təbii ki, "Qarabağ" mənim üçün doğmadır. Yaxşı oyun göstirirlər. Onlara uğurlar arzu edirəm. Amma dediyim kimi, "Viktoriya" kiçik şəhəri təmsil etsə də, yaxşı təşkilatlanmış komandadır. Heyətində bir neçə yeni futbolçu var. Daim Çempionlar Liqası və Avropa Liqasında çıxış edir".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Viktoriya" matçı saat 20:45-də başlayacaq. Cavab görüşü avqustun 23-də Plzendə olacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
20:51 06.10.2026
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
20:45 06.10.2026
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
20:40 06.10.2026
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
İndoneziyada yük maşını aşıb, ölənlər var
20:35 06.10.2026
İndoneziyada yük maşını aşıb, ölənlər var
İranda 70 siyasi məhbus edam edildi
20:30 06.10.2026
İranda 70 siyasi məhbus edam edildi
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
20:23 06.10.2026
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
20:20 06.10.2026
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
20:14 06.10.2026
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
20:06 06.10.2026
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
20:05 06.10.2026
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
20:00 06.10.2026
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
19:53 06.10.2026
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
İranda dollar yenidən kəskin bahalaşdı
19:49 06.10.2026
İranda dollar yenidən kəskin bahalaşdı