Antaliyada azərbaycanlı həmyerlisindən oğurluq etdi
Bütün Xəbərlər
12:46 27.07.2012
1268
Türkiyənin Antalya şəhərinin Alanya rayonunda oğurluqla məşğul olan iki azərbaycanlı həbs edilib.Lent.az-ın “İhlas” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Alanyanın Atatürk prospektində yerləşən və azərbaycanlı iş adamına məxsus olan dəri geyimlər mağazasından xeyli miqdarda pal-paltar oğurlanıb.İş adamı məsələ ilə bağlı polisə müraciət edib və orada satıcı işləyən həmyerliləri Surxay.A, Rafiq.H və Bəhruz.A-dan şübhələndiyini bildirib.