“Antiteli olanlar peyvəndlənənlərlə eyni kateqoriyada sayıla bilər”

“Antiteli olanlar peyvəndlənənlərlə eyni kateqoriyada sayıla bilər”
SOSİAL
16:00 01.06.2021
460
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində koronavirusa yoluxub sağalanlara da COVID-19 pasportunun veriləcəyi açıqlanıb. 

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, iyul ayının 1-dən etibarən tətbiq olunan pasport iki sertifikatdan - peyvənd olunan şəxslərə verilən peyvəndlənmə və xəstələnib sağalmış insanlara tətbiq olunan immunitet sertifikatından ibarətdir. 

Amma məlumdur ki, ölkədə virusa yoluxub sağalanların sayı rəsmi rəqəmlərlə eyni deyil. Belə ki, virusa yoluxan, lakin analiz vermədən ev şəraitində müalicə alıb sağalan şəxslər var. Hətta onlardan bəziləri qanda antitelin miqdarı ilə bağlı analiz verərək sənəd əldə ediblər. 

Bu şəxslərə hər hansı güzəşt oluna bilərmi? Sözügedən vətəndaşlara COVID-19 pasportu veriləcəkmi? 

Bu suallarla bağlı Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış cərrah Rəşad Mahmudovla əlaqə saxladıq. O, saytımıza bildirdi ki, qandakı COVID anticismi müsbət olan hər bir şəxs tibbi cəhətdən peyvəndlənmiş şəxslərlə eyni kateqoriyada sayıla bilər:

"COVID-19-a yoluxduğunu bilmədən, aparılan analizlərin nəticəsində təsadüfən koronavirusa yoluxduğu bilinən, eləcə də, əvvəl  yoluxub analiz vermədən evdə müalicə alan insanlara gələcəkdə COVID pasportu ilə bağlı hər hansı güzəştin tətbiqi məsələsinə  tibbi cəhətdən belə cavab verə bilərəm ki, aparılan qan analizlərində COVID-19 immunoqlobulin G, yəni, anticismləri müsbət olan şəxslər peyvənd olunmuş və eləcə də, yoluxduğu təsdiqlənən insanlarla eyni kateqoriyada qəbul oluna bilərlər”.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı hələ ki, aidiyyati qurumlar tərəfindən rəsmi qərar açıqlanmayıb.  
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
11:42 02.08.2026
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
Paşinyan istefa verdi
11:23 02.08.2026
Paşinyan istefa verdi
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
11:03 02.08.2026
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
11:01 02.08.2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
Azərbaycanda kartdan-karta köçürmələrə limit tətbiq olunur
10:48 02.08.2026
Azərbaycanda kartdan-karta köçürmələrə limit tətbiq olunur
14 yaşlı Sahibdən 4 gündür xəbər yoxdur
10:34 02.08.2026
14 yaşlı Sahibdən 4 gündür xəbər yoxdur