"Apple"ın yeni rəhbərinin maaşı məlum olub

"Apple"ın yeni rəhbərinin maaşı məlum olub
DÜNYA
04:34 03.09.2026
214
"Apple"ın yeni baş icraçı direktoru Con Ternusun illik əməkhaqqısı 3 milyon dollar təşkil edəcək. O həmçinin şirkətin 55 milyon dollar dəyərində səhmlərini alacaq.

Bu, şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim etdiyi sənədlərdən məlum olub.

"Apple"ın icraçı sədri təyin olunan keçmiş rəhbəri Tim Kuk yeni vəzifəsində ildə 2 milyon dollar alacaq. Ona həmçinin "Apple"ın 45 milyon dollar dəyərində səhmləri təqdim ediləcək.

Xatırladaq ki, Con Ternus sentyabrın 1-də Tim Kuku şirkətin baş icraçı direktoru postunda rəsmən əvəz edib. Kuk 15 il ərzində baş icraçı direktor vəzifəsini icra edib. O, 2011-ci ildə bu postda "Apple"ın həmtəsisçisi Stiv Cobsu əvəzləmişdi.

/oxu.az
OXŞAR XƏBƏRLƏR