Sabah mülayim hava müşahidə olunacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, aprelin 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində az çiskin olacaq. Şimal-qərb küləyi yarımadanın bəzi yerlərində güclənəcək, günün ikinci yarısında mülayimləşəcək.Bakıda və Abşeron yarımadasında aprelin 5-də temperatur gecə 4-6˚, gündüz 9-14˚ isti olacaq.Azərbaycanın rayonlarında aprelin 5-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclənəcək.