Apruza Əliyeva: Məni bəyənmirsinizsə, niyə izləyirsiniz? - VİDEOMÜSAHİBƏ

MAQAZİN
16:59 21.05.2020
7491
AZXEBER.COM-un "Sosial şəbəkə ulduzları" rubrikasının qonağı "instagram"da 120 minə yaxın izləyicisi olan Apruza Əliyevadır. 
 
 
- İlk olaraq özünüz haqqda izləyicilərə məlumat verərdiniz...

- Apruza Əliyeva 27 yaşım var. Xaricdə Fizioterapiya təhsili almışam. İş olaraq da Fizioterapeft kimi fəaliyyət göstərirəm.

- Necə oldu ki, sosial şəbəkə fenomeninə çevrildiz?

- Mənim rəfiqəm Aytən Fərzəliyevə illərdir ki, bu işlərlə professional şəkildə məşğul olur. Bizim dostluğumuz artıq 9 ildən çoxdur. Mənim geyim garderobum zəngin olduğundan o, hər dəfə mənə "fashion blogger" olmağımı məsləhət görürdü. Mən də hər dəfə bunu qulaq ardına vururdum. Axırda 5 ilin sonunda məni razı salıb, səhifəmi aktivləşdirməyi bacardı. Əslində alınacağına inanmırdım lakin vu işə ciddi yanaşdığım üçün nəticəsi də gözəl oldu. 
 
- Azərbaycanda qızlar daha daha çox nə ilə maraqlanır? Sizə hansı suallar gəlir?

- Səhifənin kontingentindən çox şey asılıdır. Məndə 18-30 yaş arası qadınlar çoxluq təşkil edir. Onlar da daha çox geyimi hardan almısız? Saçınızı kim kəsib? tipli suallar verirlər. Yəni baxıma aid suallar daha çox gəlir.  
 
- Mənfi rəylərə necə reaksiya verirsiz?

- Mənə daha çox iticiliyimlə bağlı rəylər gəlirdi. İlk başlarda izləyicilərimin 90 faizi itici gəldiyimi lakin izlədikcə səmimi gördüklərini yazırdılar. Mən çox komplekssiz biriyəm. Normal tənqidləri oxuduqda öz üzərimdə belə olub-olmadığımı sorğulayıram. Ancaq bəzəndə sırf adamı qıcıq etmək üçün mənfi rəy yazırlar. Bu zaman da məni bəyənmirsənsə, nəyə görə izləyirsən? sualını verirəm. Təhqir edənləri isə dərhal bloka atıram. 
 
- Artıq məşhur olmaq daha asandır. İnsanlar bu işi ilk növbədə pul mənbəyi kimi görürlər. Ümumiyyətlə bu fəaliyyətdən aylıq gəliriniz nə qədərdir?

- İnstagramda artıq məşhur olmaq daha rahatdır çünki "Giveway" oyunları var ki, mən özüm də kütləmi artırmaq üçün qoşuluram. Amma o kütləni əldə saxlamağı bacarmaq lazimdır. Yoxsa oyun bitən kimi avtomatik izləmədən çıxırlar. Bu qısa müddət ərzində sən onlara elə postlar paylaşmalısan ki, onların marağını çəksin. Aylıq gəlirəm gəldikdə isə reklamlarım olur. Düzünü desəm mənim bu sferada heç 1 ilim olmadığı üçün gəlirim daha çox öz işimdəndir. Amma bu işdə barter əməkdaşlığım çoxdur. Ayda 500 manatlıq paltar alan biri kimi burdan qazandığım gəlir mənə yetərli deyil. Amma əlbəttə ki, bəziləri üçün bu uyğun məbləğdir. 
 
- Sosial şəbəkədə çox pozitivsiz. Bir qadın kimi sizi üzən hadisələr baş verəndə nə edirsiz?

- Mən sosial şəbəkədə olduğum kimi həyatda da pozitiv insanam. Bunu məni tanıyanlar daha yaxşı bilir. Mən nəyinsə fikrini çox edən biri olmasam da bəzən belə hallar təbii ki, olur. Amma bunu izləyicilərimə yansıtmağı sevmirəm. Çünki mən səhifəyə sırf əyləncə məqsədli baxıram. Kefim olmayanda nəinki izləyicilərim, heç rəfiqələrimlə belə dərdləşmirəm.      
 
- Çoxlu bloggerlər çütlük kimi fəaliyyət göstərir, yəni ər arvad profili bir yerdə işlədir. Bu haqda nə düşünürsüz?

- Xalqımızda belə bir şey var ki, özlərində olmayan şeyə baxmağı sevirlər. Necə ki seriallar, saf sevgi falan... Bu çütlüklərdə romantik həyat yaşayaraq bunu izləyicilərə yansıtmağı bacarır. Hər kəsin öz seçimidir. Hamını bəyənirəm deyə bilmərəm ama aralarında bəyəndiklərim də var.
 
- Heç sosial şəbəkədə sevgi mesajı almısız?

- Mən əvvələr aktiv səhifə işlətmirdim, lakin profilim açıq idi. Dəhşətli dərəcədə mesaj gəldiyi üçün səhifəmi bağlamışdım. Sanki evlənmə proqramı kimi hər kəs sosial şəbəkədə evlənmək istəyirdi. Amma illər keçdi və mən 2019-cu ildə səhifəmi açdım. Elə mesajlar heç gəlmir. Ya oğlanlarımız həqiqətən də dəyişib ya da ki artıq bəyənilmirəm. (Gülür)
 
- Heç düşünmüsünüzmü ki, bir səhər oyandığınızda səhifənin bağlandığını görsəz nə edərdiz?

- Bunu mən etmişəmsə, bu qədər izləyici toplamışamsa yenə də edərəm. Düzdür ortada əziyyətim hədər gedər. İnşallah belə bir şey olmaz, olsa da güvəndiyim insanlar var. Əgər səhifəmi açmaq mümkün olmasa da bu mənim üçün həyatımın sonu deyil.
 
- Gələcəklə bağlı hədəfiniz nədir?

- Hədəfim bu səhifə olsa da, olmasa da biznesdir. Hələ var, 40-larda filan bir şeylər etmək fikrim var. Burada əlimdə olan kütlənin müsbət cəhəti olacaq ki, biznesimi özüm reklam edə biləcəm.
 
- Yeni səhifə açmaq istəyənlər nələri məsləhət görürsüz?

Birincisi dəstək mesajları istəmirəm. Dəhşətli dərəcədə mesaj alırıq ki, mənə dəstək olun. Girib səhifəsinə baxırsan maraqlı heç nə yoxdur. Mənə maraqlı olmayanı izləyicilərə necə məsləhət görüm. Lakin bu vaxta qədər dəstək olduqlarım da çox olub. Daha maraqlı və faydalı paylaşımlar edərək diqqət çəkə bilərlər. Adi şəkillər və hardansa copy edilmiş yazılar heç kimə maraqlı gəlmir.
 
Mələk Cabbar,
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR