AQP sədri qiymətləndirici təşkilatların rəhbərləri ilə geniştərkibli görüş keçirib

AQP sədri qiymətləndirici təşkilatların rəhbərləri ilə geniştərkibli görüş keçirib
SOSİAL
12:40 14.01.2026
1622
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov ölkədə fəaliyyət göstərən qiymətləndirici təşkilatların rəhbərləri ilə geniştərkibli görüş keçirib. 

AZXEBER.COM Palataya istinadən xəbər verir ki, tədbirin əsas məqsədi qiymətləndirmə sektorunda institusional inkişafın mövcud vəziyyətinin dəyərləndirilməsi, Palatanın fəaliyyəti barədə ətraflı məlumatın verilməsi və qarşıdakı dövr üçün əsas prioritetlərin müzakirəsi olub.

Görüş zamanı bildirilib ki, hazırda Azərbaycan Qiymətləndiricilər Palatasında 177 fərdi qiymətləndirici qeydiyyatdan keçərək fəaliyyət göstərir və onlar 126 qiymətləndirici təşkilatda peşəkar qiymətləndirmə xidmətləri həyata keçirirlər. Qeyd olunub ki, bu göstəricilər qiymətləndirmə institutunun ölkə iqtisadiyyatında rolunun artdığını, sektorun isə struktur baxımından formalaşma mərhələsini ardıcıl və sistemli şəkildə davam etdirdiyini nümayiş etdirir.

AQP sədri Nüsrət İbrahimov çıxışında Palatanın ötən dövr ərzində gördüyü işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran strateji hədəflər barədə təşkilat rəhbərlərinə ətraflı məlumat verib. O, yanvarın 10-da keçirilmiş Palatanın ümumi yığıncağını xatırladaraq qeyd edib ki, yığıncaq çərçivəsində Palatanın 2025-ci il üzrə fəaliyyəti ilə bağlı sədrin, sədr müavinlərinin və İntizam Komissiyası sədrinin hesabatları dinlənilib, eyni zamanda 2026-cı il üçün fəaliyyət istiqamətləri və büdcə layihələri təsdiqlənib.

N.İbrahimov vurğulayıb ki, Palata hüquqi-normativ bazanın formalaşdırılması və təkmilləşdirilməsi, daxili qaydaların, metodiki tövsiyələrin və normativ sənədlərin hazırlanması və tətbiqi, peşə etikası və davranış standartlarının qorunması, keyfiyyətə nəzarət mexanizmlərinin gücləndirilməsi, eləcə də Beynəlxalq Qiymətləndirmə Standartlarının (IVS–2025) ölkədə tətbiqi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Onun sözlərinə görə, məhz bu istiqamətlər qiymətləndirmə sektorunun uzunmüddətli, dayanıqlı və beynəlxalq tələblərə uyğun inkişafını təmin edən əsas institusional sütunlardır.

Tədbirdə o da diqqətə çatdırılıb ki, Palatanın nəzarət və tənzimləmə yanaşması əsasən cəza mexanizmlərinə deyil, preventiv və maarifləndirici alətlərə əsaslanır. Məqsəd qiymətləndiricilərin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə, Palatanın nizamnaməsinə, peşə etikası və davranış qaydalarına, habelə Beynəlxalq Qiymətləndirmə Standartlarına uyğun şəkildə təşkil edilməsinə nail olmaqdır. Bu prinsiplərə sistemli şəkildə riayət olunmasının ölkədə peşəkar, etibarlı və beynəlxalq standartlara cavab verən qiymətləndirmə institutunun formalaşmasında həlledici rol oynadığı xüsusi olaraq vurğulanıb.

AQP sədri qiymətləndirici təşkilatların rəhbərləri ilə mütəmadi əsasda, ayda bir dəfə analoji görüşlərin keçiriləcəyini bildirib. Onun fikrincə, bu format sektorun mövcud problemlərinin açıq müzakirəsi, inkişaf perspektivlərinin birgə dəyərləndirilməsi, eləcə də Palata rəhbərliyinin fəaliyyəti və qəbul edilən qərarlar barədə sektor nümayəndələrinin vaxtında və dolğun şəkildə məlumatlandırılması üçün səmərəli platforma rolunu oynayacaq. N.İbrahimov bu yanaşmanın praktiki və ölçülə bilən nəticələr verəcəyinə əminliyini ifadə edib.

Görüş çərçivəsində AQP sədr müavinləri Günay İsmayılqızı və Ayan Qəmbərova, eləcə də İntizam Komissiyasının sədri Nahid Həsənov məsul olduqları fəaliyyət istiqamətləri üzrə mövqelərini, yanaşmalarını və prioritetlərini bölüşüblər. Daha sonra qiymətləndirici təşkilatların rəhbərlərinin təklifləri dinlənilib, sektorun cari problemləri və praktiki fəaliyyətlə bağlı məsələlər ətrafında geniş və konstruktiv fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dilənçilik edən uşaqların sayı artıb – Azyaşlıları küçəyə çıxaran səbəblər nədir?
16:54 12.08.2026
Dilənçilik edən uşaqların sayı artıb – Azyaşlıları küçəyə çıxaran səbəblər nədir?
Dünyada tullantıdan gəlir əldə edən ölkələr - SİYAHI
16:47 12.08.2026
Dünyada tullantıdan gəlir əldə edən ölkələr - SİYAHI
"Məkkə sazişi"nə o ölkə də qoşulmaq istəyib - Səudiyyə Ərəbistanı "yox" deyib
16:42 12.08.2026
"Məkkə sazişi"nə o ölkə də qoşulmaq istəyib - Səudiyyə Ərəbistanı "yox" deyib
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
16:39 12.08.2026
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
"Sabah" Çempionlar Liqasına vəsiqə qazansa, ən az 18 milyon avro əldə edəcək
16:35 12.08.2026
"Sabah" Çempionlar Liqasına vəsiqə qazansa, ən az 18 milyon avro əldə edəcək
Türkiyədə F16 təyyarəsi qəzaya uğradı
16:35 12.08.2026
Türkiyədə F16 təyyarəsi qəzaya uğradı
“Sabah”ın oyununda dava düşdü: Cinayət işi açıldı
16:22 12.08.2026
“Sabah”ın oyununda dava düşdü: Cinayət işi açıldı
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?
16:18 12.08.2026
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?
Park Yasamalda hazır və tikintisi davam edən mənzillər satışda
16:00 12.08.2026
Park Yasamalda hazır və tikintisi davam edən mənzillər satışda
Rusiyadan Telegram və Google-yə zərbə: Milyonlarla rubl cərimə
15:20 12.08.2026
Rusiyadan Telegram və Google-yə zərbə: Milyonlarla rubl cərimə
Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı
15:05 12.08.2026
Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
15:02 12.08.2026
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi…
14:58 12.08.2026
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi…
Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək
14:57 12.08.2026
Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək
Zelenski: Ukrayna ordusu Novorossiyskdə Rusiya hərbi-dəniz bazasına zərbə endirib
14:46 12.08.2026
Zelenski: Ukrayna ordusu Novorossiyskdə Rusiya hərbi-dəniz bazasına zərbə endirib
Qarabağ Universitetində yeni mərhələ: Təhsil imkanları genişlənir
14:35 12.08.2026
Qarabağ Universitetində yeni mərhələ: Təhsil imkanları genişlənir