Araz çayında batan şəxsin meyiti tapılıb

Araz çayında batan şəxsin meyiti tapılıb
SOSİAL
18:26 09.08.2026
267
İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb.

AZXEBER.COM xəbər verir ki, onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə bu gün çayın Şahverdili və Göbəktala kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 29 yaşlı E. Həsənov çayda çimərkən boğulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR