Arif Quliyevin oğlu: "Atamın səhhətində müəyyən irəliləyiş var"

MƏDƏNİYYƏT
10:47 04.05.2021
493
Koronavirusa (COVID-19) yoluxan Xalq artisti Arif Quliyevin səhhətində müəyyən irəliləyişlər var.

AZXEBER.COM xəbər verir ki, bunu "Report”a açıqlamasında A.Quliyevin oğlu Rövşən Quliyev bildirib.

"Vəziyyəti ağır olaraq qalır, amma həkimlər yaxşı olacağı deyirlər. Xəstəxanaya yerləşdirildiyi dövrlə müqayisədə təxminən 20 faiz irəliləyiş var. Amma hələ də süni tənəffüs aparatına qoşuludur. Müalicəsi davam edir. Gözləyirik”, - o deyib.

Qeyd edək ki, A.Quliyevin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub.

OXŞAR XƏBƏRLƏR