Arif Quliyevin səhhəti pisləşir

Arif Quliyevin səhhəti pisləşir
Bütün Xəbərlər
13:18 03.09.2012
1772
Səhhətində problem yaranan xalq artisti Arif Quliyev hazırda özünü çox pis hiss edir. Bu barədə xalq artistinin özü ANS PRESS-ə məlumat bildirib.“Rayonda qəflətən halım pisləşdi. Məni təcili Bakıya gətirdilər. Bakıda Kliniki Tibbi Mərkəzə getdik. Lakin orada mənim öz həkimim, neyrocərrah Rəşid Vəlibəyovu tapa bilmədik. Deyilənlərə görə, o Xəzər Dəniz Gəmiçiliyi Xəstəxanasında işləyir. İndi mən təcili yardım maşını ilə ora gedirəm. Uzanmışam, ayağa qalxa bilmirəm. Başım gicəllənir, ürəyim bulanır. Təzyiqim qalxıb. Özümü olduqca pis hiss edirəm. Ötən gündən vəziyyətim daha da pisləşib”, - deyə Arif Quliyev bildirib.
OXŞAR XƏBƏRLƏR