“Arif Rəhimzadə Rusiyanın mövqeyini ifadə edib” – “Biz türk deyilik!” deyən deputata həmkarından CAVAB

“Arif Rəhimzadə Rusiyanın mövqeyini ifadə edib” – “Biz türk deyilik!” deyən deputata həmkarından CAVAB
SOSİAL
15:02 02.03.2017
10130

"Ruslar bizimlə Türkiyə türklərini hər zaman fərqləndiriblər”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Türkiyə-Azərbaycan dostluq qrupunun üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov deputat Arif Rəhimzadə KM.ru rus xəbər portalına verdiyi qalmaqallı müsahibəni şərh edərkən söyləyib.

N.Cəfərov "İstənilən halda biz türk deyilik, türklər tamam ayrı millətdir” ifadəsini işlədən həmkarının fikirlərini Rusiyanın o dövrdəki mövqeyini ifadə etdiyini deyib: "Arif müəllim bu məsələdə kifayət qədər təcrübəsi olan və araşdırmaları olan biridir. Sadəcə o Rusiyanın o dövrdəki mövqeyini ifadə edib. Hazırda, dünyada 25 türk xalqı var ki, onlardan biri də Azərbaycan xalqıdır. Yəni Türkiyə türkləri ilə, Azərbaycan türklərinin ayrı-ayrı xalqlar olduğu şübhə doğurmur. Amma hamımız türk mənşəliyik. 1936-cı ilə kimi hamımız türk adını daşımışıq. Ruslar isə bizlərlə Türkiyə türklərini hər zaman fərqləndiriblər. Bizim yazımıza ruslar "tyürkski yazık”, Türkiyə türklərinin yazılarına isə "türetski yazık” deyirdilər. Təkcə ruslar deyil, bizim ziyalılarımız da öz əsərlərində bu fərqləndirməni ediblər. Məsələn "Əkinci” qəzetində, Məhəmməd ağa Şahtaxtlının, Cəlil Məmmədquluzadənin əsərlərində bunu açıq şəkildə görmək mümkündür. Yəni biz özbəyi, qazağı, türkməni ona görə ümumi olaraq türk adlandırırıq ki, əcdadımız eynidir, türkdür. O ki, qaldı Arif müəllimin "müsəlmanlar” ifadəsinə, onu da düz deyir. Uzun müddət bizə ruslar "müsəlman” deyə xitab ediblər. Hətta "Əkinçi”də də bu ifadəyə tez-tez rast gəlmək mümkündür. Təbii ki, ruslar bizim kimliyimizi biliblər. Sadəcə bizi erməni və gürcülərdən fərqləndirmək üçün ümumi "müsəlman” ifadəsini işlədiblər.

N.Cəfərov Arif Rəhimzadənin ifadəsində müəyyən düzəlişlərin olmalı olduğunu bildirib: "İfadə düzgün qoyulmayıb. Biz etnik olaraq türkük. Əslində ermənilər də yaxşı bilirlər ki, biz türkük. Məhz özlərinin qondarma soyqırımının "intiqamı”nı bizdən türk olduğumuza görə almaq istəyirlər. Onların bizə qarşı yönələn torpaq iddiaları da buna dayanır”.

Qeyd edək ki, Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə KM.ru rus xəbər portalına müsahibəsi birmənalı qarşılanmayıb. O qeyd edib ki. azərbaycanlılar türk hesab oluna bilməz: "Azərbaycanlılar dini kimlik istifadə edirdilər və özlərini "müsəlman” adlandırıdılar, Rusiyada isə həmin əhalini "tatarlar” hesab edirdilər. İstənilən halda biz türk deyilik, türklər tamam ayrı millətdir. Ancaq çar hökuməti "türk təsirinə” qarşı ermənilərin regiona köçürülməsini stimullaşdırdı".

Deputat həmçinin bizim türk kimi qələmə verilməyimizi bədbəxtçilik adlanıdırıb: "Bizim bədbəxtliyimiz ondadır ki, Rusiyada bizi türk hesab edirdilər, çünki Rusiyadan bu belə görünürdü, ona görə də çar hökuməti regionda ermənilərə arxalanmağı qərara aldı".

 AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq
19:31 04.06.2026
Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq
Sinan Akçıl xəstəxanaya yerləşdirildi
19:19 04.06.2026
Sinan Akçıl xəstəxanaya yerləşdirildi
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
18:56 04.06.2026
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı