Ailəsi 22 yaşlı Leylanın ölümündə gizlədilən faktları açdı: "Əməliyyatın pulunu geri qaytarıb dedilər ki..."

Ailəsi 22 yaşlı Leylanın ölümündə gizlədilən faktları açdı: "Əməliyyatın pulunu geri qaytarıb dedilər ki..."
SOSİAL
12:51 28.06.2017
63584

"Zəfəran Hospital"da əməliyyatdan sonra vəfat edən 22 yaşlı model Leyla Oruclunun anası bir çox gizli qalan məqamlara aydınlıq gətirib. 

AZXEBER.COM-a özəl olaraq danışan Sevinc Oruclu qızının ölümü ilə bağlı gizlədilən məqamların olduğunu və bütün bunların ortaya çıxacağını açıqlayıb:

"Biz hələ yasdayıq. Sabah ağır bir gündür və qızımın ölümünü hələ də qəbullana bilmirəm. Nə baş verdiyini dərk edə bilmirəm. Əgər qızımı əməliyyat edən  Siruz Qoçxani "mən günahsızam" deyirsə o zaman bizim qaranlıq qalan suallarımıza aydınlıq gətirməlidir. Leyla model idi və işində ciddi uğurlara imza ata biləcək potensiala sahib idi. Biz dəfələrlə onun heç bir əməliyyata ehtiyyacı olmadığını desək də psixoloji olaraq bunu özündə kompleks halına gətirmişdi. O düşünürdü ki, artıq piylərə sahibdi. Bir çox cərrahın yanında olub. Ancaq onlardan heç biri qızımı əməlyyata götürməyiblər. Çünki buna ehtiyyac olmadığını və əməliyyatlıq olmadığını deyiblər. Təsəvvür edin hadisədən sonra bizə Mübariz həkim (red: plastik cərrah) zəng edərək "Axı mən o qıza əməliyyatlıq olmadığını demişdim" dedi. Əlbətdə bizim bundan xəbərimiz belə yox idi. Həkim qızımda piy qatının olmadığını, sadəcə özündə kompleks halına gətirdiyini söyləyib". 


Leylanın anası cərrah  Siruz Qoçxaninin hansı səbəbdən başqa klinikada verdirdiyi analizlərə əsasən əməliyyata girdiyinin hələ də sual altında olduğunu bildirib:

"Bilirsiz ki, əgər əməliyyata bir xəstə alınırsa onun bütün analizləri öncədən edilir. Qızıma bu xəstəxanada heç bir analiz verdirməyiblər. Yalnız digər xəstəxanalarda olan analizlərin cavablarından istifadə ediblər. Az-çox tibbi biliyi olan hər kəs bilir ki bu yolverilməzdir. Digər bir tərəfdən əgər bu qız özü əməliyyata giribsə, niyə heç kim onun yaxınlarına zəng edib məlumat verməyib. Ən azından bu insanın əməliyyat zamanı yanında bir nəfərin olması lazımdır. Niyə ondan ailə yaxınlarının nömrəsi istənilməyib. Önəmli olan məqam isə, xəstəxananın əməliyyatla bağlı qəbz verməməsidir. Mən hələ də axtarıram və heç bir qəbzə rast gələ bilmirəm". 

Ananın sözlərinə görə "Zəfəran Hospital" qızının əməliyyatla bağlı ödədiyi məbləği geri qaytarıb:

"Əməliyyatın pulunu geri qaytarıb dedilər ki, bu pul sizindir. Mən o pula əl vura bilməzdim. Maraqlıdır, həmin məbləği niyə geri qaytardılar? Öz səhvlərini yumaq istəyirlər? Niyə əməliyyatla bağlı bir qəbz ortalıqda yoxdur?Biz bütün addımları atacağıq ki, bu işə hüquqi qiymət verilsin" 


Leylanın atası da AZXEBER.COM-a danışarkən öz acısını gizlədə bilməyib. O, ölümün hansı səbəbdən gerçəkləşdiyini öyrəndikdən sonra bir şey deyəcəklərini söyləyib:

"Biz hələ öz acımızı yaşayırıq. Amma bu o demək deyil ki, bu iş başlı-başına buraxılacaq. Bütün hüquqi addımları atacağıq. O həkim hələ bir dəfə bizimlə əlaqə yaratmayıb. Mən dəqiq bir şey deyə bilmərəm. Ancaq bütün qaranlıq məqamlar aydınlanmalıdır. Heç nə gizli qala bilməz". 

Atanın sözlərinə görə, əməliyyat zamanı qızına qan lazım olub. O, həkimin qan qrupunu dəyişik salması ilə bağlı iddiaya da cavab verib:

"Qan qrupunu səhv salmaları yoxsa, əməliyyatda hansısa bir səhvə yol vermələri ilə bağlı iddialar da istisna deyil. Araşdırma gedir. Bütün bunlara araşdırmalardan sonra hüquqi cavab veriləcək. Lazım olsa İran səfirliyinə də həkimlə bağlı müraciət edəcəm". 

Qeyd edək ki, model qızın ölümündə günahlandırılan iranlı həkim Siruz Qoçxani ötən gün açıqlama verərək bildirib ki, Leyla Oruclu pioemboliya diaqnozundan dünyasını dəyişib.

S.Qoçxani bu hadisədə günahı olmadığını və ölüm hadisəsi ilə bağlı prokuorluqda izahat verdiyini də deyib:

"Bu cərrahi əməliyyatdır və hər zaman belə hallara hazır olmalıyıq. Təəssüflər olsun ki, Azərbaycan reallığında bu cür hadisələrdə həkimlər günahlandırılır”.

Qeyd edək ki, Leyla Oruclu əməliyyatdan iki gün sonra, 25 iyun tarixində vəfat edib.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elmira Şabanova ilə vida mərasimi keçirilir
11:21 26.11.2026
Elmira Şabanova ilə vida mərasimi keçirilir
Kəlbəcər: Möhtəşəm təbiəti və zəngin sərvətləri ilə seçilən diyar
11:17 26.11.2026
Kəlbəcər: Möhtəşəm təbiəti və zəngin sərvətləri ilə seçilən diyar
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
11:10 26.11.2026
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü
10:57 26.11.2026
"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
10:43 26.11.2026
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
10:42 26.11.2026
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO
10:39 26.11.2026
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO
Bu ərazilərə qar yağdı
10:35 26.11.2026
Bu ərazilərə qar yağdı
Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı
10:21 26.11.2026
Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubu ilə üz-üzə gələcək
09:40 26.11.2026
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubu ilə üz-üzə gələcək
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
09:35 26.11.2026
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
09:28 26.11.2026
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
09:14 26.11.2026
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
08:56 26.11.2026
Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:34 26.11.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək
08:20 26.11.2026
KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək