Prezidentin məsələyə qarışması "Azeravtoyol"u qorxuya saldı: Özləri özlərini təkzib etdilər - FOTOFAKT

Prezidentin məsələyə qarışması "Azeravtoyol"u qorxuya saldı: Özləri özlərini təkzib etdilər - FOTOFAKT
SOSİAL
14:51 01.03.2017
8010
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən olan Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olub. Dövlətimizin başçısı məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib.
 
Bu sözləri Azərtac-a Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Əli Həsənov bildirib ki, cənab İlham Əliyevin prezidentliyi dövründə onlarla tarixi və mədəniyyət abidəsi əsaslı şəkildə bərpa olunub, Azərbaycanın Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül, Rəşid Behbudov və digər tanınmış şəxsiyyətlərinə abidələr ucaldılıb. Cənab Prezident tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsini yolverilməz hesab edir və bundan sonra da belə əməlləri törədənlər ciddi şəkildə cəzalanacaqlar.
 
AZXEBER.COM-un məlumatına görə, Prezidentin bu məsələyə münasibət bildirməsindən sonra "Azeravtoyol" təcili açıqlama yayıb və qeyd olunub ki, 3 əməkdaş işdən çıxarılıb: 
Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması, həmçinin Təzəpir məscidi kompleksinin ətraf ərazisinin abadlaşdırılması ilə əlaqədar tədbirlər haqqında Azərbaycan prezidentinin sərəncamlarına uyğun olaraq hazırlanan layihələr əsasında İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) aparılan yenidənqurma işləri zamanı 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin iş icraşısı "Azəravtoyol” ASC-nin rəhbərliyinə və çalışdığı MMC-nin direktoruna məlumat vermədən görkəmli şair Mikayıl Müşfiqin ərazidə yerləşən büstünü çıxarıb. Bununla da öz üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirməyərək kobud şəkildə qanun pozuntusuna yol verdiyinə görə MMC-nin iş icraçısı Rəhimov Ramiz Tapdıq oğlu tutduğu vəzifədən azad edilərək işdən çıxarılıb.
 
Bu barədə  "Azəravtoyol” ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, həmçinin müəyyən edilib ki, 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin baş mühəndisi və direktoru üzərlərinə düşən vəzifələrini yerinə yetirməyərək layihədə nəzərdə tutulan işlərə nəzarəti lazımi qaydada həyata keçirməyiblər: "Bu səbəbdən MMC-nin direktoru Şirinov Əliheybət Balakişi oğluna xəbərdarlıq edilib, MMC-nin baş mühəndisi Hüseynov Yuris Xələf oğluna isə töhmət verilib”. "Azəravtoyol” ASC görkəmli şair Mikayıl Müşfiqin büstünün çıxarılması ilə bağlı vaxtında ictimaiyyətə və KİV-ə məlumat verilməməsi nəticəsində yaranan haqlı narahatlığa görə üzr istəyir.
 
Maraqlıdır ki, "Azeravtoyol" Prezidentin məsələyə qarışmadığı müddətdə geri addım atmamış və cəmiyyətin əməkdaşları açıqlamalarında özlərini haqlı çıxarmışdılar. Bu məsələylə bağlı daha bir açıqlamanı isə Mədəniyyət və Turizm Nazirliyi edib və onlar da büstün götürülməsinə, eyni zamanda ağacların kəsilməsinə görə "Azeravtoyol"u suçlayıb: 
 
Bakının İnşaatçılar prospektindəki Mikayıl Müsfiq parkında gecə saatlarında qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Bu barədə Trend-ə ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
 
Onun sözlərinə görə, araşdırma zamanı sözügedən ərazidə "Azəravtoyol" ASC-nin işçiləri tərəfindən 27 ədəd müxtəlif cinsli və müxtəlif diametrli bioloji inkişafda olan ağacın kəsilərək məhv edildiyi müəyyən olunub. Hazırda nazirliyin əməkdaşları tərəfindən "Yaşıllıqların mühafizəsi haqqında" qanunun tələblərinin pozulması faktı ilə əlaqədar dəymiş ziyanın ödətdirilməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə inzibati araşdırmalar aparılır. Qeyd edək ki, mövcud qanunvericiliyə uyğun olaraq hüquqi şəxslər barəsində inzibati işlərə baxmaq səlahiyyəti məhkəmə orqanlarında olduğundan, ETSN tərəfindən fakt üzrə toplanan materiallar tədbir görülməsi üçün məhkəməyə göndəriləcək.
 
Görünən odur ki, "Azeravtoyol" təkcə dahi şairimiz Mikayıl Müşfiqin büstünü yoxa çıxarmayıb, eyni zamanda ağacları da məhv edib.
 
Son olaraq səhmdar cəmiyyətin rəsmi "facebook" səhifəsində bir-birini təkzib edən 2 açıqlamanı təqdim edirik.
 
Məsələnin ən maraqlı yanı isə odur ki, bu məsələyə Cənab Prezident müdaxilə etməsəydi, "Azəravtoyol" rəhbərliyi inadlarından dönməyəcəkdilər və özlərinə haqq qazandırmağa davam edəcəkdilər. 
 
AZXEBER.COM
 


 



 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq
19:31 04.06.2026
Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq
Sinan Akçıl xəstəxanaya yerləşdirildi
19:19 04.06.2026
Sinan Akçıl xəstəxanaya yerləşdirildi
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
18:56 04.06.2026
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı