Arıqladan dərmanların zərərinin nə olduğu açıqlandı - SAĞLAMLIQ
SAĞLAMLIQ
20:13 26.10.2011
3302
Artıq "Hansı arıqlama dərmanına güvənməliyəm?" sualının cavabı tapılıb. ANS PRESS "Haberler" portalına istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Qida və Dərman Departamenti tərkibi açıqlanmamış və "Sibutramin" kimi zərərli kimyəvi maddələrin olmamasına dair sənədi olmayan arıqlatma dərmanları ilə əlaqədar xəbərdarlıq edib.Qurum hələ 2008-ci ilin 22 dekabrında 28 fərqli arıqladıcı dərmanın alınmaması və istifadə edilməməsi barədə məlumat yayıb. O zamandan bu yana müştərilərin sağlamlığını riskə atacaq əlavə 41 arıqlatma dərmanı müəyyən edilib.Qeyd edək ki, bu dərmanları bəzi vebsaytlarda və pərakəndə satış mağazalarında satılır. Bəzilərinin "təbii" olduğu, ya da yalnız "100 faiz bitki mənşəli" olduğu iddia edilir, Lakin həqiqətdə bu tip məhsulların etiketlərində, ya da reklamlarında göstərilməyən zərərli maddələr daşıdığı məlum olub. Mütəxəssislər bildirirlər ki, bu cür məhsulları alarkən "Sibutramin" adlı kimyəvi maddənin olmadığını iddia edənlərə deyil, məhsulun analizlərində "Sibutramin"in olmadığına dair sənədi olan məhsullar seçilməlidir.Sibutramin arıqladan kimyəvi maddədir, ondan bəzi arıqladıcı həblərdə istifadə edilib və həmin həblərdən bir çox adamın ölməsi barədə xəbərlər mətbuatda da geniş yer alıb. Bu vəziyyət bəzi məhsulların bazardan toplanmasına və xalqın arıqladan məhsullara qarşı etibarının azalmasına gətirib çıxarmışdı.Qonşu Türkiyədə də bu kimyəvi maddə qadağan edilib. Lakin tərkibində subtramin olan məhsulların qeyri-qanuni olaraq satışları davam etməkdədir. Bu maddə həblərdən əlavə, gel, krem, sprey kimi bir çox məhsulların da tərkibində ola bilər.