Arıqlamağın sirri onda imiş - Piyləri əridir, şirniyyat istəyini azaldır

Arıqlamağın sirri onda imiş - Piyləri əridir, şirniyyat istəyini azaldır
SOSİAL
22:57 02.06.2026
93
Elmi araşdırmalar çəki ata bilməyən və davamlı olaraq şirniyyat böhranı yaşayanlar üçün maraqlı məlumat ortaya çıxarıb.

AZXEBER.COM Metbuat.az-a istinadən xəbər verir ki, qırmızı acı bibərin (və ya acı istiotun) tərkibindəki maddə sayəsində bədəndəki piyləri əritdiyi məlum olub. Bildirilir ki, acı bibərə o kəskin acılığı verən kapsaisin maddəsi tibb dünyasının son dövrlərdə ən çox araşdırdığı elementlərdən biridir. Kapsaisin bədən temperaturunu yüngülcə yüksəldərək (termoqenez prosesi) hərəkət etmədən belə kalori yandırmağı təmin edir. Hər gün yeməklərin yanında yeyilən cəmi 1 dilim təzə acı bibər və ya xörəklərə səpilən acı pul bibər maddələr mübadiləsini 12% sürətləndirir. Elmi təcrübələr sübut edib ki, acı bibər qandakı insulin səviyyəsini tarazlaşdırır və qan şəkərinin qəfil düşməsinin qarşısını alır. Nəticədə, gün ərzində yaranan aclıq hissi və şirniyyat istəyi azalır.

Acı bibər yeyərkən dildə yaranan yanma hissi beyinə xüsusi siqnallar ötürür. Beyin bədəni qorumaq üçün dərhal xoşbəxtlik hormonu olan endorfin və serotonin ifraz etməyə başlayır. Acı yedikdən sonra yaranan o rahatlıq və xoş əhval-ruhiyyə məhz bu səbəbdəndir. O, həmçinin immuniteti gücləndirən ən güclü C vitamini mənbələrindən biridir.
OXŞAR XƏBƏRLƏR