İngiltərənin "Arsenal" klubu xərclərin optimallaşdırılması proqramı çərçivəsində təxminən 60 iş yerini ixtisar etməyi planlaşdırır.
Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Kub rəhbərliyi artıq əməkdaşları nəzərdə tutulan ixtisarlar barədə məlumatlandırıb. Dəyişikliklərin bir neçə struktur bölməsini əhatə edəcəyi bildirilir.
İxtisarların kişi və qadın komandalarının məşqçilər heyətinə, fiziki hazırlıq üzrə mütəxəssislərə, komandaların fəaliyyətini təmin edən əməkdaşlara, təhlükəsizlik xidmətinin işçilərinə, xeyriyyə fondunun əməkdaşlarına və qadın komandasında birbaşa çalışan digər işçilərə şamil olunmayacağı qeyd edilir.
Hazırda məsələ ilə bağlı məsləhətləşmələr aparılır. Buna görə də ixtisarların miqyası və yekun qərar dəyişə bilər.
Qeyd edək ki, ixtisar planı klubun Premyer Liqada çempionluq qazanması və UEFA Çempionlar Liqasının finalına yüksəlməsindən bir neçə ay sonra gündəmə gəlib.
"Arsenal" 2024/2025 maliyyə ilində rekord məbləğdə - 691 milyon funt-sterlinq gəlir əldə edib. Bununla belə, klub həmin dövrü 1,4 milyon funt-sterlinq zərərlə başa vurub.
Xatırladaq ki, London təmsilçisi 2020-ci ildə də koronavirus pandemiyası ilə əlaqədar 55 əməkdaşının iş yerini ixtisar edəcəyini açıqlamışdı.
///report











































