“Artıq söhbət sadəcə qardaşlıqdan getmir” – Azərbaycan-Özbəkistan yaxınlaşması nə vəd edir?

“Artıq söhbət sadəcə qardaşlıqdan getmir” – Azərbaycan-Özbəkistan yaxınlaşması nə vəd edir?
SİYASƏT
12:24 25.08.2026
604

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 23-24-də Özbəkistana dövlət səfəri edib.

Səfər Azərbaycan-Özbəkistan münasibətlərinin son illərdə dostluq və qardaşlıq əlaqələrindən strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəldiyi bir dövrə təsadüf edir.

Azərbaycanla Özbəkistan arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq genişlənməkdədir. Xüsusilə münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi Bakı ilə Daşkənd arasında əlaqələrin regional əhəmiyyətini də artırır.

Maraqlıdır, Azərbaycan-Özbəkistan münasibətlərində son dövrdə müşahidə olunan fəallıq Türk dünyasının birliyi və strateji gücünün artırılması baxımından nə vəd edir?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanla Özbəkistan arasında münasibətlərin yeni dinamika qazanması təsadüfi proses deyil:

"Azərbaycanla Özbəkistan arasında son dövrdə münasibətlərin yeni dinamika qazanması təsadüfi proses deyil. Bu, uzun illər ərzində formalaşmış qardaşlıq münasibətlərinin artıq daha konkret siyasi, iqtisadi və geosiyasi məzmunla zənginləşməsinin göstəricisidir. Prezident İlham Əliyevin Özbəkistana son dövlət səfəri fonunda əlaqələrin yeni mərhələyə keçməsi də bunu təsdiqləyir. Bu gün Bakı ilə Daşkənd arasındakı münasibətlər sadəcə ikitərəfli əməkdaşlıq deyil, daha geniş regional strategiyanın mühüm elementidir”.

Politoloq Azərbaycan-Özbəkistan əməkdaşlığında iqtisadi və nəqliyyat istiqamətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

"Ən mühüm istiqamətlərdən biri iqtisadi və nəqliyyat əməkdaşlığıdır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 795 milyon dollara çataraq üç dəfədən çox artması, 2026-cı ilin ilk beş ayında isə daha 33 faiz yüksəlməsi əlaqələrin siyasi bəyanatlardan real iqtisadi nəticələrə keçdiyini göstərir. Eyni zamanda Özbəkistanın Mərkəzi Asiyanın dərinliklərində yerləşməsi, Azərbaycanın isə Xəzər və Cənubi Qafqaz üzərindən Türkiyə və Avropaya çıxış imkanları yaratması iki ölkəni bir-birini tamamlayan strateji tərəfdaşlara çevirir”.

T. İsmayılovun sözlərinə görə, Bakı ilə Daşkənd arasında əməkdaşlığın genişlənməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasındakı siyasi və iqtisadi bağlantıların möhkəmlənməsinə də xidmət edir:

"Burada Türk dünyası baxımından daha böyük mənzərəni görmək lazımdır. Azərbaycan–Özbəkistan əməkdaşlığı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi və iqtisadi bağlantıların möhkəmlənməsinə xidmət edir. Orta Dəhlizin inkişafı, Xəzər üzərindən yükdaşımaların genişləndirilməsi və gələcəkdə Mərkəzi Asiyanın nəqliyyat layihələrinin Azərbaycan üzərindən Avropa istiqamətinə inteqrasiyası Türk dövlətləri arasında fiziki bağlantını gücləndirir. 2026-cı ilin ilk yarısında Özbəkistan–Azərbaycan tranzit daşımalarının da artması bu potensialın artıq praktik nəticələr verdiyini göstərir”.

Politoloq qeyd edib ki, Türk dünyasının birliyi yalnız mədəni və emosional yaxınlıqla məhdudlaşmamalıdır:

"Məncə, ən vacib məqam budur ki, Türk dünyasının birliyi yalnız mədəni və emosional yaxınlıq üzərində qurula bilməz. Əsl güc iqtisadi inteqrasiya, nəqliyyat şəbəkələri, enerji əməkdaşlığı, rəqəmsal bağlantılar, investisiya və qarşılıqlı siyasi dəstəkdən yaranır. Azərbaycan və Özbəkistanın münasibətləri məhz bu istiqamətdə inkişaf edir və digər türk dövlətləri üçün də nümunəvi model formalaşdırır”.

T. İsmayılov Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafının Türk dünyasının geosiyasi çəkisinin artmasına təsir göstərə biləcəyini vurğulayıb:

"Bu baxımdan Bakı–Daşkənd xəttinin güclənməsi Türk dünyasının geosiyasi çəkisinin artması deməkdir. Çünki artıq söhbət yalnız "qardaş dövlətlərik” deməkdən yox, həmin qardaşlığı real layihələrə, iqtisadi imkanlara və regional təsir gücünə çevirməkdən gedir. Bu proses ardıcıl davam edərsə Azərbaycan və Özbəkistan Türk dünyasının qərb və mərkəz oxunu birləşdirən əsas strateji dayaqlardan birinə çevrilə bilər”.


Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:14 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
09:10 11.10.2026
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
09:06 11.10.2026
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər