Prezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdi

Prezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdi
SİYASƏT
15:38 18.08.2026
169
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib.

AZXEBER.COM xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Çıxışına Azərbaycan dilində başlayan Dankan Norman deyib: "Zati-aliləri, həyat yoldaşım Kerri ilə mən 27 il əvvəl Azərbaycana ilk dəfə gələndə insanların mehribanlığı və Bakının böyük potensialı bizi çox təəsirləndirdi. O vaxtdan bəri Azərbaycan çox böyük inkişaf yolu keçib. Ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifəni açmaqdan şərəf duyuram”.

Birləşmiş Krallıq ilə Azərbaycan arasında yeni strateji tərəfdaşlıq üzərində işin davam etdiyini bildirən səfir bunun ortaq prioritetlərimiz üzrə daha dərin əməkdaşlıq, təhlükəsizliyin gücləndirilməsi və innovasiyalar vasitəsilə nailiyyətlərimizi daha da inkişaf etdirəcəyini vurğulayıb.

Səfir bərpaolunan enerji, müdafiə, aviasiya istiqamətlərində ölkəmizlə dinamik tərəfdaşlıq qurmaq istədiklərini deyib, təhsil sahəsində əlaqələri qeyd edib və gənclər arasında körpülərin gücləndiyini diqqətə çatdırıb.

O, Prezident İlham Əliyevin Azərbaycanla Ermənistan arasında sülhün qurulması istiqamətində səylərinin Böyük Britaniya Hökuməti tərəfindən təqdir edildiyini və bu irəliləyişin dəstəkləndiyini deyib.

Dankan Norman, eyni zamanda, ölkəsinin Azərbaycanın minatəmizləmə səylərini dəstəkləyən ilk beynəlxalq tərəfdaş olduğunu xatırladıb.

Dövlət başçısı səfirə Bakıda xoş vaxt keçirməyi arzulayıb, onun Azərbaycan dilində danışmasını yüksək qiymətləndirib.

Prezident İlham Əliyev gündəliyimizlə bağlı məsələlərin yalnız ikitərəfli müstəvidə deyil, regional inkişaf və əməkdaşlıq baxımından da böyük əhəmiyyət kəsb etdiyini deyib.

Minatəmizləmə sahəsində yardıma görə Böyük Britaniya Hökumətinə minnətdarlığını ifadə edən dövlət başçısı bu sahədə ölkəmizin daha sıx beynəlxalq əməkdaşlığa ehtiyacı olduğunu bildirib.

Otuz il əvvəl Azərbaycan-Böyük Britaniya əməkdaşlığının məhz enerji sahəsində başladığını xatırladan Prezident İlham Əliyev hazırda bərpaolunan enerji istiqamətində tərəfdaşlıq üçün böyük potensialın olduğunu bildirib, bu xüsusda ölkəmizdə ilk Günəş elektrik stansiyasının bp tərəfindən tikildiyini qeyd edib.

Dövlət başçısı müstəqilliyimizin 35 ilinin bir ilini sülh şəraitində yaşadığımızı deyərək bunun region üçün böyük bir dəyişiklik olduğunu vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, regiondakı vəziyyəti nəzərə alaraq, təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək.

Ölkəmizdə müsbət investisiya mühitinin yaradıldığını deyən dövlət başçısı Azərbaycan və Britaniya şirkətləri tərəfindən böyük qarşılıqlı marağın olduğu vurğulayıb.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
16:45 18.08.2026
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
16:21 18.08.2026
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
16:20 18.08.2026
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
16:10 18.08.2026
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
“Dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir?” – Bu müəssisə avadanlıqlarını küçəyə atır
15:50 18.08.2026
“Dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir?” – Bu müəssisə avadanlıqlarını küçəyə atır
Bu ölkələrdə məktəb başlayanda ailələrə pul verilir - Siyahı
15:44 18.08.2026
Bu ölkələrdə məktəb başlayanda ailələrə pul verilir - Siyahı
Prezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdi
15:38 18.08.2026
Prezident Böyük Britaniyanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul etdi
Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI
15:36 18.08.2026
Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
15:21 18.08.2026
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
Deputatdan Rusiyadakı Azərbaycan əleyhinə çağırışlara sərt REAKSİYA
15:14 18.08.2026
Deputatdan Rusiyadakı Azərbaycan əleyhinə çağırışlara sərt REAKSİYA
Qaradağda oğurluq edən şəxs saxlanıldı
15:07 18.08.2026
Qaradağda oğurluq edən şəxs saxlanıldı
“Azərbaycanda qız övladına yalnız ailə quracaq biri kimi baxırlar”
15:06 18.08.2026
“Azərbaycanda qız övladına yalnız ailə quracaq biri kimi baxırlar”
Endirim görəndə niyə ehtiyacımız olmayan məhsulu alırıq?
15:01 18.08.2026
Endirim görəndə niyə ehtiyacımız olmayan məhsulu alırıq?
Abşeronda vəkil saxlanıldı
14:55 18.08.2026
Abşeronda vəkil saxlanıldı
Məşhur aktrisanın ölüm səbəbi bilindi
14:24 18.08.2026
Məşhur aktrisanın ölüm səbəbi bilindi
Bu işçilərin maaşları ilə bağlı yeni qaydalar təsdiqləndi
14:15 18.08.2026
Bu işçilərin maaşları ilə bağlı yeni qaydalar təsdiqləndi