Artur Rasizadədən Sərkisyana sərt cavab

Artur Rasizadədən Sərkisyana sərt cavab
Bütün Xəbərlər
01:44 04.09.2011
1518

“Bəlkə elə dövlət başçılarının toplantısında Dağlıq Qarabağın müstəqilliyinə səs verək?” “Bu gün yubiley iclası ilə bağlı heç kimin kefini pozmaq istəməzdim, amma Ermənistan prezidentinin Dağlıq Qarabağda situasiyaya dair çıxışı məni buna məcbur edir”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın baş naziri Artur Rasizadə Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında çıxışında deyib. Baş nazir iclasda iki dəfə çıxış edib, buna səbəb ilk çıxışından sonra Ermənistan prezidenti Serj Sərkisyanın verdiyi bəyanat olub. Sərkisyan çıxışında Dağlıq Qarabağın 20 il bundan əvvəl müstəqilliyini elan etdiyini bildirib. O deyib ki, Dağlıq Qarabağ xalqı öz müqəddəratını təyinetmə hüququndan tam əsasla istifadə edib və özünün müstəqil yaşamaq hüququnu qanı bahasına əldə edib. Buna cavab olaraq söz alan Azərbaycanın baş naziri Artur Rasizadə Ermənistan baş nazirinin sərt tənqid edib: “Düşünürəm ki, bu toplantıda iştirak edənlərin əksəriyyəti Dağlıq Qarabağ problemi ilə az-çox tanışdır və ümidvaram ki, bu çıxış Dağlıq Qarabağ probleminin mahiyyətindən xəbərdar olmayanlara yönəlib, ya da daxili siyasətdə istifadə üçün nəzərdə tutulub. Çıxışa diqqətlə qulaq asanda düşündüm ki, bəlkə elə dövlət başçılarının toplantısında Dağlıq Qarabağın müstəqilliyinə səs verək? Onda ATƏT-in Minsk Qrupu, digər təşəbbüslər nəyə lazımdır? Məsələnin mahiyyəti ondan ibarətdir ki, bir tərəf – MDB üzvü olan dövlət digər tərəfə təcavüz edib, onun ərazilərinin 20 faizini işğal edib, nəticədə 1 milyondan çox qaçqın və məcburi köçkün yaranıb. Bu faciə haqqında çox danışa bilərəm, amma yuxarıda qeyd etdiyim səbəblərdən bunu etmək istəmirəm. Hesab edirəm ki, Ermənistan bir daha bu ağır və həlli uzadılmış münaqişənin nizamlanması məsələsində növbəti dəfə qeyri-konstruktiv mövqe nümayiş etdirmiş olub. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə və ədalətli şəkildə həllinə ümid edərək bundan sonra da ATƏT-in Minsk Qrupunun apardığı prosesdə aktiv iştirak edəcək və digər təşəbbüsləri dəstəkləyəcək”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
12:28 04.08.2025
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir"
12:18 04.08.2025
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir"
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı
12:18 04.08.2025
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı
"Necə gözəl bir insan olduğu hamımızın xatirəsində yaşayacaq" - Rejissor
12:08 04.08.2025
"Necə gözəl bir insan olduğu hamımızın xatirəsində yaşayacaq" - Rejissor
Qəzzada aclıqdan ölənlərin sayı 180-ə çatdı
12:04 04.08.2025
Qəzzada aclıqdan ölənlərin sayı 180-ə çatdı
İlham Əliyev və Mehriban Əliyeva Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndəriblər - FOTOLAR
11:54 04.08.2025
İlham Əliyev və Mehriban Əliyeva Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndəriblər - FOTOLAR
Sidneydə Fələstinə dəstək yürüşü keçirildi
11:41 04.08.2025
Sidneydə Fələstinə dəstək yürüşü keçirildi
Elçin Əfəndiyevlə vida mərasimi keçirilir - VİDEO
11:30 04.08.2025
Elçin Əfəndiyevlə vida mərasimi keçirilir - VİDEO
6 aylıq uşaq infarktdan öldü
11:20 04.08.2025
6 aylıq uşaq infarktdan öldü
Polis silsilə oğurluq edən şəxsi saxladı
11:16 04.08.2025
Polis silsilə oğurluq edən şəxsi saxladı
Yasamalda binanı narkotik yuvasına çevirənlər tutuldu - Foto
11:12 04.08.2025
Yasamalda binanı narkotik yuvasına çevirənlər tutuldu - Foto
Avqust ayının ən təhlükəli günü ilə bağlı XƏBƏRDARLIQ
11:09 04.08.2025
Avqust ayının ən təhlükəli günü ilə bağlı XƏBƏRDARLIQ
ADNSU-da keçirilən “Açıq qapı günü”ndə 400-dən çox abituriyent iştirak edib - FOTOLAR
10:54 04.08.2025
ADNSU-da keçirilən “Açıq qapı günü”ndə 400-dən çox abituriyent iştirak edib - FOTOLAR
Yeni Zelandiyada avtobusda gedən baqaj çantasında 2 yaşlı qız tapıldı
10:54 04.08.2025
Yeni Zelandiyada avtobusda gedən baqaj çantasında 2 yaşlı qız tapıldı