'Arvadımı dəyişdirirəm'

KÖŞƏ
12:54 08.08.2012
2876
Meksika ədəbiyyatı Xuan Xose Arreola (1918-2001) (hekayə)– Köhnə arvadları yenisi ilə dəyişirəm, – deyə tacir hay salmışdı. Onun ardınca isə rəngarəng karetlər karvanı sürünürdü. Dəyiş-düyüş sabit qiymətlərlə və becid keçirdi. Meyli çəkənlər keyfiyyət sertifikatı ilə də tanış ola bilirdilər, amma onlara malı seçmə imkan verilmirdi. Tacirin sözlərinə görə, bütün qadınlar dünya gözəli idi. Hamısı da yadelli və sarışın. Həm də sadəcə, sarışın deyil, qızılı sarışın, lap sünbül kimi. Alınan malı görən hər kəs qonşudan geri qalma deyə cəld tacirin ardınca düşürdü. Çoxları aldığının pulunu artıqlaması ilə ödəyirdi. Yalnız yenicə evlənmiş cavan – təzəbəy tay-bərabər dəyiş-düyüş edə bildi. Doğrudur, onun təzə-tər arvadı sarışın olmasa da, gözəlliyinə görə əcnəbi qadınlardan əskik sayılmazdı. Dəbdəbəli araba evimin yanından ötərkən bağlı pəncərə önündə, həyəcanlı halda durmuşdum. Bəzəkli talvarın altında, döşəkcələr üstündə bəbirə bənzəyən bir qadın uzanmışdı. O, iri topaz gözləri ilə məni məftun etmişdi. Ağlını itirmiş qələbəliyə uyaraq özümü pəncərədən çölə artmağa tam hazır idim. Amma bu fikrimdən utanaraq Sofiyaya sarı çevrildim. O, sanki sakitlik mücəssəməsi idi və yeni süfrəyə baş hərfləri yazırdı. Küçədəki səs-küyə önəm vermədən bir tikişin ardınca ikincini edirdi. Məndən başqa heç kim Sofiyanın bənizinin azca ağardığını görə bilməzdi. Küçənin sonunda tacir sonuncu dəfə ürəyi riqqətə gətirən çağırışını elədi: – Köhnə arvadları yenisi ilə dəyişirəm! Amma mən sanki yerə mıxlanmışdım və sonuncu şansdan da məhrum oldum. Küçədəki qələbəlik ehtirasdan vəcdə gəlmişdi. Sofiya ilə şam yeməyi sükut içində keçdi, bircə kəlmə belə kəsmədik. – Məni niyə dəyişmədin? – deyə qab-qaşığı yığışdırarkən, nəhayət, o məndən soruşdu. Nə deyə bilərdim ki? Biz sükut uçurumuna daha dərin gömüldük. Yatağa çox tez uzandıq və yuxulaya bilmədik. Bütün gecəni daş heykəllər kimi bir-birinə yabançı və susqun halda keçirdik. O zamandan bəri Sofiya ilə coşqun xoşbəxtlik okeanında itmiş kiçik, kimsəsiz adada yaşayırdıq. Kənd tovuz quşlarının zəbt etdiyi toyuq hininə bənzəyirdi. Tənbəl və nəşəli qadınlar günün böyük hissəsini yataqda keçirirdilər. Axşama yaxın onlar küçəyə çıxır və qürubun şüaları altında dalğalanan qızılı ipək bayraqlara bənzəyirdilər. İltifatlı və müti kişilər onlardan bir dəqiqə belə ayrı qalmırdı. Şəhvət düşkünü olmuş zavallılar bütün iş-gücünü atıb bu günün sabahını belə düşünməyi unutmuşdular. Mən ağılsız həmkəndlilərimi qınayırdım və tezliklə olan-qalan dostumu da itirdim. Hamı səfeh sədaqətimlə başqalarına dərs vermək istədiyimi düşünürdü. Zülmətlə əhatələnmiş dəbdəbəli taxtlardan boylanaraq məni barmaqla göstərir, ələ salır, təhqiramiz ayamalar qoşurdular. Sonda bu şəhvani cənnətdə özümü lap xədim hiss elədim. Öz növbəsində Sofiya daha qılaflı və susqun olurdu. Onu başqa qadınlarla müqayisə edə bilmək imkanından ötrü məni mənimlə küçəyə çıxmaq imtina eləyirdi. Bundan da betər: arvadım kimi birbaşa boynuna düşən vəzifələri könülsüz yerinə yetirirdi. Sözün düzü, bizim təvazökar qanuni sevgimiz hər ikimiz üçün artıq yükə çevrilmişdi. Hər şeydən də çox məni onun günahkar görkəmi təbdən çıxarırdı. Özgələr kimi, onu başqa bir qadınla dəyişməməyimə görə Sofiya özünü təqsirkar sayırdı. Lap əvvəldən o beyninə yeritmişdi ki, qəlbimi didən şəhvani niyyətə baxmayaraq, özünün sıradan bir, gözəçarpmaz görkəmi ilə mənim yoldan çıxmağımın qarşısını ala bilməyəcək. Sofiya bir işğalçı gözəlçəylə qeyri-bərabər döyüşə çıxdı və lal-dinməz pərtliyin son həddinədək geri çəkildi. Nahaq yerə qənaət etdiyim miskin vəsaitlə ona hər cür bər-bəzək, ətir, zinət və libaslar alırdım. – Mənə yazığın gəlməsin! – deyib bütün hədiyyələrdən üz döndərirdi. Gözlərinin içinə baxdıqda isə göz yaşlarını sel kimi axıdırdı: – Məni dəyişmədiyinə görə səni heç zaman bağışlamaram! – deyə olmazın günahlarda təqsirləndirirdi. Səbrimi itirirdim. Bəbirə oxşayan o qadını xatırlayaraq bütün qəlbimlə tacirin yenidən həmin yolla keçməsini arzulayırdım. Amma bir gün sarışın qadınlar turşumağa başladı. Məskənimizin bambalaca adası səhradakı vadiyə çevrildi. Bİzə düşmən, vəhşi qəzəb hayqırtılarının səmaya ucaldığı səhra. Elə ilk baxışdan yeni arvadlarının əsrarəngiz gözəlliyindən gözləri tutulmuş kişilər daha heç nəyə fikir vermirdilər. Onlar qadınlara düz-əməlli gözdən keçirməmişdilər, metalın keyfiyyətini yoxlamaq, dişə vurmaq ağıllarına belə gəlməmişdi. Arvadların işlənmiş, köhnə, ikinci də deyil, üçüncüdən yox, Tanrı bilir, neçənci əldən çıxma olduğu aşkarlandı. Tacir nə cürsə onları təzələdi, onlara nazik qızılı üzlük çəkdi, amma elə aşağı əyarlı ki, elə ilk yağışda üzlük soyulmağa başladı. Bunu birinci aşkarlayan çaşıb qaldı. İkinci də. Üçüncü şəxs əczaçı idi və arvadının xoş qoxusunda mis sulfatının qoxusunu tutdu. Narahatlıq keçirərək o, əməlli-başlı yoxlama apardı, arvadının bədənində sayca az yolmayan qaralmış yerlər tapdı və ürəkparçalayan fəryad qopardı. Tezliklə bütün qadınların simasında ləkələr peyda oldu. Sanki paslanma epidemiyasına yoluxmuşdular. Kişilər arvadlarının eyiblərini bir-birindən gizlədir, ləkələrin meydana gəlməsi səbəbləri barədə gümanlarını içlərində saxlayırdılar. Amma yavaş-yavaş həqiqət üzə çıxdı və hər kəs ona saxta məmulat verdildiyini anladı. Uzun müddət başgicəllənmədə olmuş təzəbəy öz dəyiş-düyüşündən məyus olmuşdu. Arvadının bədəninin misilsiz bəyazlığı haqqında xatirələrin əsiri olduğundan o, tezliklə ağlını itirdi. Günlərin bir günü təzəbəy öz yeni arvadının qızıl suyunun qalıqlarını turşu ilə təmizləmək istərkən o, mumiya kimi qaraldı. Biz, Sofiya və mən ümumi həsəd və nifrətə tuş gəldik. Özümüzə qarşı bu birmənalı münasibətdən qayğılanaraq ehtiyat tədbirləri görməyi qərara aldım. Amma Sofiya öz təntənəsini gizlətməyi ağlından belə keçirmirdi. Ümumi məyusluğa acıq verərək o, küçəyə əm yaxşı libaslarda çıxırdı. Davranışıma görə mənə minnətdar olmağı unudaraq Sofiya güman edirdi ki, öz iradəmlə deyil, qorxaqlığıma görə onu tərk etməmişəm. Bu gün tacirin axtarışı üçün bir dəstə aldadılmış ər yola çıxdı. Bu həqiqətən kədərli mənzərə idi. İntiqam tələb edərək kişilər yumruqlarını göyə yelləyirdi. Solmuş, üzgün, yas libasları geyinmiş qadınlar cüzamlı ağı deyənlərə oxşayırdı. Evdə qalmış, yola çıxmayan yeganə adam isə ağlını itirdiyindən təhlükə mənbəyi olmuş, artıq sizə məlum olan təzəbəy idi. Dəlisov sədaqət nümayiş etdirərək o daim iddia edir ki, yalnız ölüm onu sulfat turşusu ilə korladığı, qaralmış arvadından ayıra bilər. Ya səfeh, ya da ağılı olan Sofiya ilə aqibətimin necə olacağını bilmirəm. Amma yaxın vaxtlarda pərəstişkar sarıdan o, korluq çəkəcək. Çünki indi biz dörd bir yanı tənhalıqla əhatələnmiş adada yaşayırıq. Yola çıxmazdan öncə isə kişilər bildirdi ki, onlar dələduzu yaxalamaq üçün hətta cəhənnəmə belə yollanmağa hazırdırlar. Həqiqətən onların hər birinin üzündən peşmançılıq yağırdı. Sofiya göründüyü kimi də qarayanız deyil. Lampa işığının kölgəsi onun simasına qonur. Yuxuda ikən öz üstünlüyündən o, qızılı rəng alır.Mənbə: kulis.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub