Arvadını bıçaqlayıb öldürmək istədi

KRİMİNAL
16:09 02.09.2021
366

Lənkəranda arvadına çoxlu bıçaq zərbəsi vuraraq öldürmək istəyən şəxs həbs edilib.

Prokurorluqdan AZXEBER.COM-a verilən məlumata görə, avqustun 27-si saat 21 radələrində 1985-ci il təvəllüdlü Aqşin Mirzəyev şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı, arvadı 1985-ci il təvəllüdlü Aynur Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Aqşin Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

OXŞAR XƏBƏRLƏR