Arvadını "instagram"da başqası ilə danışdığı üçün öldürən şəxsə hökm oxundu

SOSİAL
17:27 22.09.2021
1000

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Suraxanı rayonu ərazisində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ehtibar Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Qasımov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il fevralın 1-də baş verib.

1992-ci il təvəllüdlü Qasımova Fəridə Şükür qızının öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Ehtibar Qasımovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Fəridə Qasımovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Mərhumun iki azyaşlı övladı olub.

Təqsirləndirilən şəxs prosesdə ifadəsində bildirib ki, o həyat yoldaşını sosial şəbəkələrdə başqa kişi ilə danışdığını tutub və buna görə də onu qətlə yetirib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:28 27.10.2021

Saatlı sakinlərindən 3 kilodan çox narkotik götürülüb

23:49 26.10.2021

Əməkdar artisti maşın vurdu, vəziyyəti ağırdır - FOTOLAR

23:36 26.10.2021

Başlıbel faciəsi Koreya mətbuatında işıqlandırılıb

23:34 26.10.2021

Ərdoğan Azərbaycanla bağlı paylaşım edib - FOTO

23:25 26.10.2021

“WhatsApp” bu telefonlarda işləməyəcək - SİYAHI

22:57 26.10.2021

“Türk ulduzları”ndan möhtəşəm şou - VİDEO

22:33 26.10.2021

Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

22:30 26.10.2021

Vətən müharibəsində Goranboy və Naftalanda zərər görən yüzlərlə tikili bərpa olunub – VİDEO

22:22 26.10.2021

Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda mətbuata birgə bəyanatla çıxış ediblər

22:02 26.10.2021

ÜST: “Pandemiya qısa vaxtda başa çatmayacaq”

21:37 26.10.2021

"Dost Aqropark" Azərbaycan və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək

21:31 26.10.2021

Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri ilə bağlı paylaşım edib - FOTO

21:11 26.10.2021

Prezident: "Yaxından çəkin, əziz qardaşım hədiyyə edib" - FOTOLAR

21:05 26.10.2021

Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının şərtini açıqlayıb

20:54 26.10.2021

Ərdoğan: “Gün gələcək Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik”

20:47 26.10.2021

İlham Əliyev: "İki həftə sonra Şuşanın azad olunmasını böyük Zəfər bayramı kimi qeyd edəcəyik"