Arvadını öldürən hakimin məhkəməsində şahidlər dindirilib: “O, içkili vəziyyətdə idi”

Arvadını öldürən hakimin məhkəməsində şahidlər dindirilib: “O, içkili vəziyyətdə idi”
SOSİAL
17:36 16.09.2021
1422
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda şahid qismində Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşı Yasin Umudov ifadə verib.

O bildirib ki, Daxili İşlər Nazirliyinin "102 Zəng-Mərkəzi”nə daxil olan məlumat əsasında hadisə yerinə gedib: "Hadisə Nardaranda baş vermişdi. Fəqan Əhmədov sərxoş vəziyyətdə idi. Həyat yoldaşı Pərvanə Əhmədovanı ürəyindən vurmuşdu. O, da divanda oturaq vəziyyətdə idi. Fəqan Əhmədov dedi ki, çölə çıxıb özünü öldürmək istəyib, lakin hadisədən sonra uşaqları gözünün önünə gəlib. Otaqda 2 giliz var idi. Söylədi ki, həmişə evlərində içki içdiyinə görə həyat yoldaşı ilə aralarında dava düşürdü. Bildirdi ki, "bu dəfə də zarafatyana silahı sinəsinə dirədim, amma bilməzdim ki, içində güllə olar”. Biz evin içərisində olanda otaqda hər hansı dava xarakterli bir şey görmədik. Yəni, nə qab-qacaq dağılmışdır, nə də sınmışdı”.

Daha sonra Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Ülfət İsgəndərov dindirilib. O qeyd edib ki, həmin gün əməliyyat qrupunun rəhbəri olub: "Növbətçi hissəyə gələn zəng əsasında hadisə yerinə getdim. Fəqan müəllimi tanıdım. Çox həyacanlı görünürdü, hadisədən sonra peşman idi. Evin içərisində mübahisə yarada biləcək heç bir hal görmədim. İçkili vəziyyətdə idi”.

Məhkəmədə təqsirləndirilən şəxsin övladına dindirilməsi üçün söz verilib. Lakin o, ifadə verməkdən imtina edib.

Növbəti məhkəmə prosesi sentyabrın 30-da davam etdiriləcək.

Qeyd edək ki, Bakı sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 2021-ci il mayın 30-da saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, "Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Xankəndinin Qafqazın yeni inkişaf və barış mərkəzi olacağına inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndinin Qafqazın yeni inkişaf və barış mərkəzi olacağına inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
13:25 04.07.2025
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb