Millət vəkili Arzu Nağıyev Tovuzda vətəndaşları qəbul edib.
AZXEBER.COM xəbər verir ki, 105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə Milli Məclisin deputatı Arzu Nağıyev tərəfindən Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirilib.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən sosial, məşğulluq, səhiyyə və digər məsələlərlə bağlı olub.
Deputat vətəndaşların qaldırdığı məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində müvafiq addımların atılması üçün səy göstərəcəyini bildirib.
Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədilə bu cür qəbulların davam etdiriləcəyi qeyd olunub.
Növbəti qəbulların keçirilməsi ilə bağlı məlumatların Milli Məclisin rəsmi internet saytında yerləşdiriləcəyi bildirilib.






















































