Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb
SOSİAL
22:21 14.07.2026
1019
Ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirli bilinərək 5 il 2 ay müddətinə həbs edilən tiktoker İlduzə Hacıyevanın (Arzum) hökmü tərəflərə verilib.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo” məhkəmənin geniş müzakirə mövzusuna çevrildiyini nəzərə alaraq həmin hökmü əldə edib.

İş materiallarında diqqət çəkən bir neçə məqam var. Onlardan biri Arzumun Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən sürücülük vəsiqəsinin olmamasıdır. Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olan məktubda yazır ki, Hacıyeva İlduzə Elmar qızına Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməyib.

Bunun əvəzinə onun Almaniya Respublikasının sürücülük vəsiqəsi olub. Həmin ölkədən verilən vəsiqədən görünür ki, Hacıyeva İlduzə Elmar qızına müddətsiz "B” kateqoriyalı sürücük vəsiqəsi verilib.

Şirkət rəhbəri bildirib ki, xarici ölkəyə məxsus sürücülük vəsiqəsi əsasında vətəndaş 1 ay ərzində həmin vəsiqə ilə avtomobili idarə edə bilər.

Bu səbəbdən həmin vəsiqə əsasında ona avtomobil icarəyə verilib. Təqsirləndirilən tiktoker "Changan Qiyuan A05 Plug-in Hibrid” markalı avtomobili isə özəl şirkətdən günü 60 manatdan hesablanmaqla 10 günlük kirayələyibmiş.

Həmin şirkətin direktoru da şahid qismində ifadə verib. Direktor deyib ki, qəzadan sonra Arzumla telefonla danışıb, ondan avtomobilə ziyan dəyib-dəymədiyini soruşub.

Arzum ona qəzada iştirak etmədiyini, avtomobilə də bir şey olmadığını deyib. Şahidin sözlərinə görə, hadisədən sonra avtomobili gedib hava limanından götürüblər.

Cinayət işi materiallarında Arzumun qəza baş verəndən sonra halı pisləşməsi və xəstəxanaya getməsi ilə bağlı sənəd də var.

TƏBİB-dən göndərilən məktubda yazır ki, İlduzə Hacıyeva hadisə günü saat 01:34-də tibb mərkəzinə daxil olub.

Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində ona "İsterik nevroz” diaqnozu qoyulub: "Xəstəyə ilkin tibbi yardım göstərilmiş, Renalium- 2ml, Natrium Xlorid 0,9% - 2 ml qarışımı venadaxili inyeksiya edilmişdir.

İlduzə Hacıyeva qeyd olunan tarixdə saat 01:55-də tibb mərkəzindən getmiş, ona əlavə hər hansı diaqnoz qoyulmamış, xidmət göstərilməmişdir”.
Mübahisə olunan məsələlərdən biri də Arzumun qəzadan sonra nə qədər tibb mərkəzində qalması idi.

Bu sənədlə həmin müddətin 21 dəqiqə olduğu təsdiqini tapıb.

Məhkəmə nəticəyə gələrkən təqsirləndirilən şəxsin 2-si azyaşlı olmaqla 4 övladının olmasını, ilk dəfə cinayət törətməsini yüngülləşdirici, zərərçəkmiş tərəflərlə barışıq əldə edilməməsini ağırlaşdırıcı hal kimi nəzərə alıb.

Qeyd edək ki, Arzum bu ayın 2-si Xəzər Rayon Məhkəməsi tərəfindən həbs edilib. O, nə ibtidai nə məhkəmə istintaqı zamanı özünü təqsirli bilib.

Tiktoker qəza anının videosunu əsas gətirərək günahsız olduğunu deyib.

Onun həbsi ilə nəticələnən hökm geniş müzakirə mövzusuna çevrilib, əksər sosial şəbəkə istifadəçiləri Arzumun qəzada təqsiri olmadığını yazıblar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Binəqədidə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib - FOTOLAR
10:06 12.09.2026
Binəqədidə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib - FOTOLAR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO