Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE

Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
SOSİAL
12:50 23.07.2026
2180
Bakının Xəzər rayonunda ölümlə nəticələnən avtoqəzanın baş verməsində təqsirləndirilən "Arzum” ləqəbli tiktoker İlduzə Hacıyevanın həbsdən ev dustaqlığına buraxılması media və sosial şəbəkələrin müzakirə mövzusu olub.

Ötən gün Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə bununla bağlı qərar elan olunub. Qərara əsasən, İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb. Məhkəmə Arzumun 4 övladı olmasını, onlardan birinin ağır autizmdən əziyyət çəkməsini nəzərə alıb. Bu əsasla Arzum ev dustaqlığına buraxılıb. Ona sosial şəbələkdən istifadə ("Whatsapp”da ailəsi ilə danışmaq istisna olmaqla) qadağan olunub.

Bundan əlavə, vəkillərin işin yenidən araşdırılması ilə bağlı vəsatəti də təmin edilib. Apellyasiya baxışının məhkəmə istintaqı ilə aparılması qərara alınıb. Məhkəmənin baxış iclası iyulun 31-nə təyin edilib.

Sosial şəbəkələrdəki müzakirələrə görə, prosesi izləyənlərin çoxu Arzumun ev dustaqlığına buraxılacağına inanmırmış və hakim Elnur Nuriyevin belə bir qərar verməsi onlar üçün gözlənilməz olub.

İndi hamı tiktokeri ev dustaqlığına buraxan hakimdən danışır.

Maraqlıdır, Arzumu ev dustaqlığına buraxan hakim kimdir:

AZXEBER.COM modern.az-istinadən Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Nuriyevin qısa dosyesini təqdim edir:

Elnur Aləm oğlu Nuriyev 1976-cı ildə Bakı şəhərində anadan olub.

Orta təhsilini bitiriəndən sonra 1998-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakultəsindən, 2005-ci ilə isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsindən məzun olub.

Əmək fəaliyyətinə özəl sektordan başlayan Elnur Nuriyev 1996-cı ildən 2006-cı ilə kimi "Sunrise” şirkətinin hüquqşünası kimi fəaliyyət götərib.

2006 – 2008-ci illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin İstehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzinin mütəxəssisi və aparıcı mütəxəssisi vəzifələrində çalışıb.

2008 – 2013-cü illərdə yenidən "Sunrise” şirkətinin hüquqşünası kimi fəaliyyət götərib.

2013-cü ildən hakimlik fəaliyyətinə başlayıb.

O, 2013-2018 ci illərdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

21 dekabr 2018-ci il tarixində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.

2023-cü ilin oktyabrında Elnur Nuriyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunub.

2026-cı ilin mayında Elnur Nuriyev Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyinat alıb.

Bir sıra qalmaqallı məhkəmə proseslərinə sədrlik etmiş Elnur Nuriyev bəraətə meyilli hakim kimi xarakterizə edilir.

Xatırladaq ki, İlduzə Hacıyeva ötən ilin iyununda Mərdəkan qəsəbəsində avtomobili ilə dönmə əməliyatı yerinə yetirərkən arxadan sürətlə gələn maşının qarşısına çıxıbvə həmin maşın idarəetməni itirərək qəza törədib. Qəza nəticəsində 1 nəfər ölüb, digəri şəxs isə ağır xəsarət alıb.

İlduzə Hacıyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə yekun ittiham irəli sürülüb.

Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay müddətinə azadlıqdan məhrum olunub. O, təxminən 20 gün əvvəl məhkəmə zalında həbs olunmuşdu.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı