A.S.A-da "Qonşular və biz" mövzusu müzakirə olundu

A.S.A-da "Qonşular və biz" mövzusu müzakirə olundu
GƏNCLİK
22:43 10.01.2012
1861

Azərbaycan Tədris Akademiyasında (ASA) "Biz niyə həyatımızı başqalarını nəzərə alaraq qururuq?" mövzusunda debat keçirilib. Debatda millət vəkili Fazil Qəzənfəroğlu və BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva iştirak ediblər.

A.S.A-nın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, debat İctimai Televiziyada yayımlanan "Ortaq məxrəc" verilişinin formatında təşkil olunub. Tələbələrin, gənclərin iştirakı ilə keçirilən debat zamanı maraqlı fikirlər səslənib.

Millət Vəkili Fazil Qəzənfəroğlu Azərbaycanda ictimai rəyin formalaşmasında olan problemlərdən danışıb. Millət vəkili, insanların həyatlarının «qonşum nə deyər?” düşüncəsi ilə qurmasının düzgün olmadığını söyləyib: “Bu gün bizim ən böyük problemlərimizdən biri də, kiməsə görə hərəkətlərimizi, geyimimizi, danışığımızı tənzimləməyə çalışmağımızdır. Bu problem bir çox ailələrdə mövcuddur”.

Debatın digər iştirakçısı BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva isə, əksinə insanlarda xüsusilə də, ailələrdə mühafizəkarlığın tərəfdarı olduğunu qeyd edib: “Bu gün hər kəs bizim cəmiyyətdə olan neqativ hallardan danışarkən, onun müsbətlərini nədənsə unudur. Hər bir Azərbaycan ailəsi üçün milli-mənəvi dəyərlər ön planda olmalıdır”.

Qeyd edək ki, bu sayca Azərbaycan Tədris Akademiyasında baş tutmuş 2-ci debatdır.

Əlaqə:

[email protected]/* */

562 3639, (070) 399 36 39

https://www.asa.edu.az/

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
20:21 18.04.2026
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
20:11 18.04.2026
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü