ASAİF Azərbaycan həqiqətlərini yaymaqda davam edir

GƏNCLİK
12:52 28.09.2012
1810
Belarusiyada təhsil alan azərbaycanlı tələbələr Minsk universitetinin kitabxanasına Azərbaycanla bağlı kitablar hədiyyə ediblər. ASAIF-in mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumatda bildirilib ki, 27 sentyabr tarixində Belarus Azərbaycan Gəncləri Təşkilatı (AMB)–nın sədri Orxan Muxtarlı və ASAIF in koordinatoru Minsk İdarəçilik Universitetinin kitabxanasına Azərbaycanla bağlı 50-dən çox kitab hədiyyə ediblər.Kitablar daha çox “İrəvan xalçası”, “Qarabağ xalçası”, “Təbriz xalçası”, “Azərbaycan xalçaları”, “Ermənistanın Qafqaza köçürülməsi”, “Erməni terroru” kimi mövzuları əhatə edib. Məlumatda qeyd edilib ki, kitabxana rəhbərliyi bildirib ki, bu kitablar kitabxanamız üçün çox dəyərlidir və kitablar tələbələrə yanaşı tarixçilər, şərqşünaslar üçün və xüsusi ilə Azərbaycanla maraqlanan tələbələr bu kitablardan dəyərlənməklə öz biliklərini artıracaqlar.

OXŞAR XƏBƏRLƏR