ASAİF Azərbaycanı Çində təmsil etdi

GƏNCLİK
14:33 23.10.2012
1469
“Pekin British School” məktəbində keçirilən “Mədəniyyət Günü”nün keçirildi. Çində Azərbaycan mədəniyyətini və lobbisini təbliğ etməkdə davam edən ASAIF, növbəti üğurunu British School məktəbində həyata keçirmişdi. Belə ki ASAIF həmin məktəbdə keçirilən mədəniyyət günündə gələcəyin potensial ASAIFçiləri ilə bir yerdə tədbir təşkil etmişdir. Tədbirdə iştirak edən məktəbli dostlara Azərbaycan mədəniyyətini, milli geyimlər haqqında ətraflı məlumat verildi. Tədbirdə iştirak edən Azərbaycanı gənclə gələcək ixtisas seçimi, xaricdə Azərbaycan təbliği və digər məsələlərdə, maarifləndirici məlumat da verildi. Bu arada qeyd etmək istərdim ki ötən həftədə ASAIF təmsilçiləri Tsinghua Universitetində də belə bir mədəniyyət günü keçirmişlər. 30-dan artıq ölkə Mədəniyyət günü mərasimində iştirak edib. Açılış mərasimində Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyin nümayəndəsi Bayram Həsənov iştirak edərək Çinin Tsinqhua Uiversitetində Azərbaycan dili fakultəsi açılması barəsində fikir söyləmişdir. Mədəniyyət günü çərçivəsində ASAIF-in (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu ) Çin komandası Azərbaycana aid bir neçə stendlə çıxış ediblər. Gənc ASAIF-çilərin tədbirdə əsas məqsədi Azərbyacanın mədəniyyətini, tarixini, incəsənətini təmsil etməkdir, bununla yanaşı Azərbaycanın Qarabağ, Xocalı həqiqətlərini həm çinlilərə həm də Çində yaşayan xarici vətəndaşlara çatdırmaqdır.

OXŞAR XƏBƏRLƏR