ASAIF-in dünya universitetlərində görüşləri davam edir
GƏNCLİK
13:17 16.10.2012
2101
15 oktyabr tarixində Ankarada ASAIF-çi gencler Hacettepe Universitetnin rektoru Professor Dk.Murat Tuncer ilə görüşüblər.Görüşdə ASAIF-in fəalları Əli Əliyev, Orxan Nadirov, Agalar Qasımov, Emin Məmmədzadə, Leyla Abdullayeva, Leyla Abdizadə, Nigar Əhmədzadə, Asimə Şabanova və Nigar Cabbarlı iştirak edib.Görüşün əsas məqsədi Rektora Azərbaycan və ASAIF haqqında melumat vermək olub. Gənclər ASAIF-in fəaliyyət istiqamətləri, strukturu, həyata keçirilən son layihələr haqda ətraflı məlumat verib.Eyni zamanda ölkəmizdə gənclər siyasəti sahəsində görülən işlər haqqında ətraflı məlumat verilib və qeyd edilib ki, bu gün gənclərimiz dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdə böyük uğurlara imza atır, Azərbaycanı beynəlxalq səviyyədə ləyaqətlə təmsil edirlər.Göruşdə hemçinin ASAIF-in Hacettepe universiteti ilə, birgə görülə biləcək layihələr, müzakirə olunub. əməkdaşlıqıda müzakirə olunubMurat Tuncer də ASAIF gənclərinə bir neçə mövzuda tövsiyyələrini verib və onları dəstəklədiyini söyləyib.Sonda isə ASAIF-çilər Pro.Dk Murat Tuncere Azerbaycan haqqında kitablar, broşurlar hədiyyə ediblər və görüşün sonunda xatirə fotosu çəkilib.