ASAN-da işləmək istəyənlər bu xəbəri mütləq oxusun

ASAN-da işləmək istəyənlər bu xəbəri mütləq oxusun
MEDİA
18:30 04.04.2013
30594

Azərbaycanlı fəal gənclərin nəzərinə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2 saylı Bakı “ASAN xidmət” mərkəzinə (Xətai rayonu) və Sumqayıt “ASAN Xidmət” mərkəzinə könüllü əsaslarla işləmək arzusunda olan gənc oğlan və qızları əməkdaşlığa dəvət edir.

CV-lərin qəbulu2013-cü il 5-20 aprel tarixləriarasında həyata keçiriləcəkdir. CV-lərinizi [email protected]/* */ ünvanına göndərə bilərsiniz. Göndərmə zamanı mövzu (subject) yerinə “Könüllü” sözünü qeyd edin.

Mərkəzlərdə könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Agentlik tərəfindən xüsusi diplomlar v əmüsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

  • İntizamlılıq;
  • Xoşrəftarlılıq;
  • Ünsiyyətcillik;
  • Operativlik;
  • Kollektivdə işləmək bacarığı;
  • Təşkilatçılıq;
  • Təşəbbüskarlıq;
  • Kompüter bacarığı;

Könüllülük əsasında cəlb edilənlərin görəcəyi işlər:

  • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” Mərkəzlərində könüllü fəaliyyətin həyata keçirilməsi;
  • Əlillərin ASAN Xidmət Mərkəzində daha asan xidmət almasına dəstək, xidmət müddətində qayğının göstərilməsi;
  • Mərkəzə gəlmiş valideynlərin uşaqlarına xüsusi qayğının göstərilməsi;
  • Vətəndaşların qarşılanması, elektron lövhələrdən istifadəsinə köməkliyin göstərilməsi;
  • ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən xidmətlər üzrə mərkəzlərə müraciət edən vətəndaşlara düzgün izah verilməsi;
  • Müraciətlərə əsasən anketlərin doldurulması və doldurulmasına köməkliyin göstərilməsi;
  • Vətəndaşların məlumatlandırılması və digər köməkliklərin göstərilməsi.
OXŞAR XƏBƏRLƏR