'ASAN xidmət' ABŞ mətbuatında

Bütün Xəbərlər
12:05 23.04.2013
1135

ABŞ-ın nüfuzlu jurnallardan biri olan “Wall Street" “ASAN xidmət”dən yazıb.

AZXEBER.COM xəbər verir ki, məqalədə “ASAN”ın yaranması ilə ölkədə rüşvət və korrupsiyanın aşağı düşdüyü bildirilir.“Azərbaycan bürokratiyanın qarşısının alınması, şəffaflığın artırılması, biznesin asanlaşdırılması istiqamətində iş aparır. Bu məqsədlə insanların dövlət xidmətlərindən asanlıqla yararlanması üçün səyyar avtobuslar iyun ayından yola düşür.

Korrupsiyanın azaldılması, şəffaflığın artırılması və bu istiqamətdə həyata keçirilən dövlət islahatlarını sürətləndirmək məqsədilə Prezident İlham Əliyev “ASAN xidmət”i şəxsən yaradıb”-deyə, Wall Street yazıb.Məqalədə qeyd olunub ki, “ASAN xidmət” Dünya Bankının “Doing Bisness” proqramının kriteriyalarına cavab verir.Bildirilir ki, adı çəkilən xidmət yaradılandan bugünə qədər 60 min vətəndaş “ASAN”dan yararlanıb.Azərbaycan hökumətinin növbəti addımı xarici iş adamlarının da “ASAN”ın xidmətlərindən yararlanmasına şərait yaratmaqdan ibarətdir. Ötən həftə Bakıda keçirilən konfransda bildirilib ki, xarici vətəndaşlara vizaların və Azərbaycanda işləməsi üçün icazələrin sənədlərin verilməsi “ASAN” da həyata keçiriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” konsepsiyasının əsas məqsədi də dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasından ibarətdir.

OXŞAR XƏBƏRLƏR